Rumıniya televiziyasında münaqişənin reallıqları müzakirə olunub
Tarix: 24.09.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarının qorunmasının təmin olunması” mövzusunda Moldova Respublikasının paytaxtında beynəlxalq konfrans keçirilib. Moldova Respublikasının “İctimai Palata” adlı qeyri-hökumət təşkilatı tərəfindən və Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriunun himayəsi ilə keçirilmiş tədbir böyük ictimai-siyasi diqqətə səbəb olub.
Bu konfransın böyük beynəlxalq marağını nəzərə alaraq, "Realitatea" Rumıniya televiziyasının Kişenyov bürosu "Təmiz söhbət" verilişin efirinə bu konfransda iştirak edən üç eksperti dəvət edib - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovu, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulianı və beynəlxalq münasibətlər sahəsində İsrail eksperti, Haifa Universitetin doktorantı Arye Qut. Veriliş çərçivəsində ekspertlər müasir beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinin nisbəti məsələlərini müzakirə diblər. Metdik. "Təmiz söhbət" veriliş çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin reallıqları və perspektivləri müzakirə olunub.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov müzakirə olunan problemlə bağlı çıxışında aşağıdakı elmi və siyasi mühakimələrini irəli sürüb: “Serj Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyil, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur. Xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına üstünlük verməsi siyasəti anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən birini də ölkədaxili ictimai fikri öz üzücü gündəlik problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur".
Elman Nəsirovun sözlərinə görə, Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər: "Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları milli maraqlardan çıxış edərək həmsədrlər-ABŞ, Rusiya və Fransa Serj Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə bu istiqamətdə Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş vermir. Bu, heç də o demək deyil ki, həmin güclər Ermənistanın müqavimət potensialını qıra bilmirlər. Əsla yox. Sadəcə bu və ya digər səbəblərdən bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər üçün hələ ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq gündəliyin prioritet məsələsinə çevrilməmişdir. Xüsusilə də Ukrayna böhranı fonunda Rusiya ilə Qərbin münasibətlərinin son dərəcə korlanması, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə də öz mənfi təsirini göstərir".
Politoloqun fikrincə, BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunub), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir: "Azərbaycanın mükəmməl informasiya təhlükəsizliyinə malik olması, ifrat iqtisadi-hərbi potensialı, demoqrafik üstünlüyü və möhkəm beynəlxalq mövqeləri qarşısında ya Serj Sarkisyan rejimi vahimələnib münaqişənin həlli naminə siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin yenidən alovlanmasını heç bir halda istəməyən, lakin bunun son dərəcə labüd olduğunun fərqinə varan beynəlxalq güclər Ermənistanı anoloji addım atmağa məcbur edərlər".
Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia Gürcüstanın və Azərbaycanın müstəqillik tarixlərindən, strateji tərəfdaş ölkələr kimi üzləşdikləri müxtəlif problemlərdən, Gürcüstan və Azərbaycanın 20% torpaqlarının işğal olunmasından, ölkələrin dövlətçiliyinin qorunub saxlanılmasından, hərbi gücünün getdikcə inkişaf etməsindən, hər iki ölkənin ərazisindən ən böyük beynəlxalq layihələrin keçməsindən və əldə olunan uğurlardan söhbət açıb. Professor Marxulia qeyd edib ki, müəyyən zaman çərçivəsində Azərbaycan və Gürcüstanın işğal olunan torpaqları geri qaytarılacaq və ərazi bütövlüyü təmin olunacaq.
Beynəlxalq münasibətlər sahəsində İsrail eksperti Arye Qut təəssüf hissi ilə bildirib ki, son 20 ildə BMT Nizamnaməsinin prinsipləri və normaları real təcrübədə nəzəriyyəyə çevrilib: "Vaxtı ilə Amerika diplomatı Henri Morgentau deyib ki, məhz hərbi güc dövlətin siyasi qüdrətini təmin edən ən mühüm amildir.
Bu gün bu reallıqdır ki ölkələr özünü müdafiə etməyi bacarmalıdır.Bunu İsrail Dövlətinin timsalında görmək olar. Eyni zamanda Cənubi Qafqazın timsalında da görmək olar. Bu gün Ermənistan Cənubi Qafqazın ən asılı ölkədir, bu ölkənin heç bir inkişaf vektoru yoxdur. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə praktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Ölkənin büdcəsi boşdur. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu (onun özəl transfertləri ildə təxminən 2 milyard dollara bərabərdir) və ABŞ Konqresinin sponsor köməyidir. Ölkədə ağır siyasi-iqtisadi vəziyyət üzündən adamlar Ermənistanı tərk edir. Azərbaycan ərazilərinin işğal edilməsi və Ermənistanın Türkiyəyə qarşı tarixi iddiaları bu ölkəni tam maliyyə kollapsı və regionda təcrid olunma vəziyyətinə gətirib çıxarıb. Digər tərəfdən, Azərbaycan Respublikası qüdrətli və güclü geosiyasi potensiala malik olan ölkə kimi, öz hərbi potensialını və gücünü gündən-günə artırır. Özünü müdafiə edə bilən dövlət, regionda xüsusi geosiyasi çəkisi olan güclü dövlət, istənilən zaman öz ərazi bütövlüyünü qoruya biləcək. Erməni xalqı öz müqəddəratını bir dəfə təyin edib və Cənubi Qafqazda öz dövlətini yaradıb. İkinci erməni dövlətinin regionda yaranması mümkün deyil. Bu məntiqlə ermənilər Krasnodarda və ya Los-Ancelesdə öz müqəddəratını təyin etməlidirlər. Maraqlıdır nə üçün orada ermənilər bunu etmirlər"?
Qutun fikrincə, Qərb ölkələri və ABŞ, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova kimi separatizmdən əziyyət çəkən bu ölkələrə lazımi və önəmli diqqətini göstərməlidir. "Yuxarıda qeyd etdiyim ölkələrdən yalnız Azərbaycan Respublikası kifayət qədər səmərəli, çox vektorlu xarici siyasət aparır. Azərbaycan silahlı qüvvələri quruculuğunda və hərbi sənaye quruculuğu sahəsində böyük uğurlar əldə edilib. Bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi büdcəsini 50% üstələyir. Bu bir faktdır ki, Azərbaycan diplomatiyası danışıqlar prosesində iştirak edir, fəqət bu proses gec tez bitməlidir. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tədricən əriyir. Məhz ona görə ki, tamamilə aydındır, rəsmi Bakı regionda mövcud olan status kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistan dərk etməlidir ki, Azərbaycanın səbri tükənmək üzrədir. Rəsmi Bakı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi üçün özünümüdafiə üçün deyil, həm də beynəlxalq hüquq normalarına əsasən azad etmək hüququna malikdir"- Arye Qut qeyd edib.
İsrailli ekspert vurğulayıb ki, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz və qeyd-şərtsiz lideridir. “ İqtisadi inkişafın sürəti baxımından Azərbaycan dünyada lider dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxu Azərbaycanın payına düşür. On il ərzində ölkəyə 100 milyard dollardan artıq sərmayə qoyulub. Azərbaycan sübut edib ki, o, regionun lider dövləti kimi tam bərqərar olub, onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihə həyata keçirilə bilməz. Qeyd etmək lazımdır ki, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi rolunun güclənməsi ilk öncə rəsmi Bakının qlobal enerji təhlükəsizliyi sistemində rolunun möhkəmləndirilməsi ilə bağlıdır. Bu tarixi faktdır ki, güclü geosiyasi layihə olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı dünya bazarında Azərbaycanı önəmli və təsir edən ölkəyə çevirdi" - israilli ekspert bildirib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info