Ə.Həsənov:“Belə getsə, müharibəyə ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”
Tarix: 24.09.2014 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“Hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən təbii artım azalır. Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”. Bu sözləri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr edilmiş tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev 9 dəfə doğma torpaqlarına baş çəkməyə gediblər: “İki nəfər torpağını sevən, qəhrəman azərbaycanlının Kəlbəcərə getməsindən sonra orada məskunlaşan ermənilərin 60-70 faizi qaçmağa başlamışdı. Ermənistanın müdafiə naziri bunu etiraf etmişdi. Sonra iddia etməyə başladı ki, bunun qarşısının alınmasına başlanıb”. D. Əsgərov və Ş. Quliyevə qarşı açılan cinayət işlərini əsassız sayan Ə. Həsənovun sözlərinə görə, beynəlxalq təşkilatlar nağıl danışırlar: “Azərbaycan torpaqlarının işğalında iştirak edən ermənilərdən biri bu yaxınlarda demişdi ki, Dilqəm və Şahbazı niyə sağ saxlayıblar, onları yerində güllələmək lazım idi. Ermənilər budur. Beynəlxalq təşkilatlar etimaddan danışır. Kimin etimadını qazanmalıyıq? Azərbaycan xalqı ermənilərə etibarını yüz illərlə göstərib. Beynəlxalq təşkilatlar nə işlə məşğuldur? Koalisiya, başqa şeylər yaradırlar, harada sabitliyi bərpa ediblər? Əfqanıstanda, İraqda, harada sabitlik yaradıblar? Bunların insan haqları, demokratiyası budur”. Ə. Həsənov ermənilərin Azərbaycan torpaqlarını 22 il işğal altında saxlamaqla heç nəyə nail olmadıqlarını vurğulayıb: “Ermənistanda Sərkisyan-Köçəryan rejiminin sonu gələcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info