“AKU Liderlik Məktəbi” layihəsinin icrası başa çatıb
Tarix: 24.09.2014 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi ilə AZGF-nin “C“ kateqoriyası üzrə V qrant müsabiqəsinin qalibi və Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Vüsal Həsənovun icra etdiyi “AKU Liderlik Məktəbi” layihəsinin icrası başa çatıb. “AKU Liderlik Məktəbi” layihəsinin əsas məqsədi tələbələrə bir sıra sahələrdə nəzəri və praktiki təlimlərin keçirilməsi yolu ilə ictimai aktivliyin artırılması və gənclərə liderlik bacarıqlarının aşılanması idi. 19 sentyabr 2014-cü il tarixində “Grand Hotel”də layihənin rəsmi açılış mərasimi həyata keçirilib. Layihənin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi iştirak ediblər. Layihə çərçivəsində tələbə-gənclərə vaxtın idarə olunması, komanda işinin təşkili, layihələrin yazılması və idarə olunması və liderlik təlimləri uğurla keçrilib. 21 sentyabr 2014-cü il tarixində, layihənin bağlanış mərasimində “AKU Liderlik Məktəbi” layihəsini uğurla başa vuran tələbə-gənclərə sertifikatlar təltif olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info