“Azərbaycanda vergi xidmətlərinin optimal idarə edilməsi modeli hazırlanır”
Tarix: 24.09.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


"Azərbaycanın Vergilər Nazirliyinə insan resurslarının inkişafı sahəsində dəstək verilməsi" yeni tvinninq layihəsi Nazirliyin strateji planına uyğundur. Bu barədə Bakıda layihənin təqdimatı zamanı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
Onun sözlərinə görə, bu layihə Aİ və Azərbaycanın əməkdaşlığında mühüm rol oynayır: "Hazırda artıq vergi xidmətlərinin optimal idarə edilməsi modeli hazırlanır və 2015-ci ildən başlayaraq bu istiqamətdə konkret işlərə başlanacaq".
Layihə iki il ərzində həyata keçiriləcək.
Tvinninq layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədovun sözlərinə görə, layihə üç komponentdən ibarətdir. Birincisi, uzunmüddətli strategiyanın və insan resurslarının inkişafı planının yaradılmasını nəzərdə tutur. İkinci komponent çərçivəsində Vergilər Nazirliyinin insan resurslarının inkişafı sahəsində normativ bazasının yenilənməsi, üçüncü komponentdə isə bu sahədə təhsil sisteminin modifikasiyası planlaşdırılır: "Başlıca vəzifə yüksəkixtisaslı kadrların formalaşdırılmasıdır ki, bu da ümumilikdə respublika iqtisadiyyatının inkişafına yardım edir".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info