Mark Diamond: “Azərbaycan bizim narahat dünyamızda bir işıqdır”
Tarix: 24.09.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


İngiltərənin Mançester şəhərində keçirilmiş Leyborist Partiyasının konfransı ilə yanaşı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəklədiyi 17-ci illik “Diversity Nite” gecəsində “Kölgə Kabinetinin” 13 üzvü də daxil olmaqla, bu partiyanın 500 tərəfdarı iştirak edib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bu rəngarəng hadisə uzun müddət parlamentdə Leyborist Partyasını təmsil edən, Asiya mənşəli Keys Vazın ideyası olmaqla, çağdaş Britaniya cəmiyyətində müxtəlif mədəniyyətlərin bərqərar olunmasının göstəricisidir.
Keys Vaz sonuncu Leyborist hökumətində Avropa işləri üzrə nazir olub, hazırda isə Britaniya Parlamentində fəaliyyət göstərən Daxili İşlər Komitəsinin sədri vəsifəsində çalışır.
Azərbaycan Respublikasının Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə gecəni belə şərh edib: “Azərbaycan öz regionunda müxtəlifliklər ölkəsidir. Bundan əlavə, o, tolerant və multietnik bir ölkə kimi tanınır. Bu gün müxtəlifliyin qeyd edilməsi çox mühümdür - müxtəliflik varsa, birlik də var”.
Çexiya parlamentinin spikeri Yan Qamaçek qeyd edib: “Mən Londondan, Böyük Britaniya Parlamentindəki həmkarım Con Berkovla görüşdən gəlirəm. Söhbətimizin böyük hissəsi parlamentlərimiz arasındakı müxtəlifliyə həsr edilmişdi. Müxtəlifliyin düzgün qiymətləndirilməsi bizə birlik və əməkdaşlıq gətirər”.
Parlament üzvü Çuka Umunna bildirib: “Leyborist partiyası öz konfransını “Diversity Nite”-siz keçirsəydi o, lazımi nəticəni əldə edə bilməyəcəkdi. Bu gün Leyborist Partiyası Britaniyanı təmsil etmək əzmindədir və hər vəchlə etnik azlıqların parlament üzvlüyünə seçilməsini dəstəkləyir. Biz də bu axşam bunu qeyd edirik”.
Leyborist Partiyasının sədr muavini Harriet Harman deyib: “Cəmiyyətimizdə nə dərəcədə aktiv, çevik və müxtəlif icmaların mövcudluğunu dərk etmək üçün bu otağın və Mançester şəhərinin ətrafına baxmaq kifayətdir. Məhz buna görə də, Britaniya böyükdür. Biz demokratiyanın təmsilçisiyik və sonrakı hökumət bu ölkədəki icmaların etnik təbiyyətini özündə əks etdirməlidir”.
Tədbirin təbiəti Azərbaycandakı tolerantlığı əks etdirirdi. Multikulturalizm, bir çox millətlər və dini etiqadların mükəmməl harmoniyada olduğu müasir Azərbaycan cəmiyyətinin anadangəlmə xassələrindəndir.
Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles bölməsinin sədri rabbi Mark Diamondun Yəhudi jurnalına müsahibəsində bildirib: “Biz, Azərbaycan və yəhudi xalqlarını birləşdirən bağları alqışlayırıq. Bizim sosial media Almaniya, Fransa və Belçikadakı antisemit zorakılığı, eləcə də, Qəzza, Suriya və İraqdakı islam terrorizmi haqqında xəbəbrlərlə doludur. Azərbaycan bizim narahat dünyamızda bir işıqdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info