Rabitə xidmətləri üzrə güzəşt kampaniyaları keçiriləcək
Tarix: 24.09.2014 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının keçirilməsi və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar Tədbirlər Planını təsdiqləyib. Tədbirlər Planına əsasən, sentyabrın 30-dək Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində peşə bayramı günü ərəfəsində istifadəyə veriləcək yeni rabitə obyektlərinin və keçiriləcək tədbirlərin siyahısının hazırlanması, dekabrın 6-dək obyektlərin istifadəyə verilməsi və tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Oktyabr-noyabr aylarında “Rabitə və informasiya texnologiyalarının dinamik inkişaf yolu” mövzusunda məqalə, “Rabitə və informasiya texnologiyalarının dünəni, bu günü və gələcəyi” mövzusunda gənclər və uşaqlar arasında ən yaxşı rəsm, “Texnologiyalar və biz” adlı ən yaxşı foto müsabiqələrinin, eləcə də rabitə birlik və müəssisələri arasında “Sağlamlıq-2014” respublika spartakiadasının keçirilməsi planlaşdırılır. Bu tədbirlərdən əlavə, noyabr ayında rabitəçilər arasında ən peşəkar “şəbəkə inzibatçısı”, “proqramçı”, “mis və optik kabel calayıcısı”, “xətt qurğuları montyoru”, “poçtalyon” və “əməliyyatçı” adı uğrunda müsabiqə (birlik və müəssisələr üzrə və respublika üzrə) keçiriləcək.
Həmçinin noyabrın 15-dək əməkdə fərqlənən və uzun müddət rabitə sahəsində qüsursuz çalışan rabitəçilərin əməyinin qiymətləndirilməsi məqsədi ilə təkliflərin hazırlanması, dekabrın 5-dək veteranlarla, rabitəçi şəhid ailələri və təqaüddə olan rabitəçilərlə rabitə müəssisələrində görüşlərin keçirilməsi, dekabrın 1-dən 5-dək RYTN və Naxçıvan MR RİTN-in birlik və müəssisələrində təntənəli yığıncaqların keçirilməsi, rabitə sahəsində xüsusi xidməti olan qabaqcıl işçilərin mükafatlandırılması Tədbirlər Planına daxildir.
Noyabr ayının 25-dək peşə bayramı günü ilə əlaqədar (buklet, broşür, təqvim və s.) hazırlanması, dekabrın 6-dək peşə bayramı gününə dair tədbirlərin keçirilməsi ilə bağlı məlumatların RYTN-in, Naxçıvan MR RİTN-in birlik və müəssisələrinin internet səhifələrində yerləşdirilməsi görüləcək tədbirlər sırasındadır.
Eyni zamanda noyabr-dekabr aylarında əhaliyə təqdim olunan rabitə xidmətləri üzrə güzəşt kampaniyaları təşkil olunacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info