Dekabrın 19-da Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək
Tarix: 24.09.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Bu il dekabrın 19-da Bakıda Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan müşavirədə AMEA prezidenti, akademik Akif Əlizafdə qurultayın tədbirlər planından bəhs edib. Bildirib ki, planda işçi qrupunun yaradılması, yerli və xarici qonaqların müəyyənləşdirilməsi və onlarla müvafiq işlərin aparılması, qurultayın redaksiya heyəti və katibliyinin müəyyənləşdirilməsi və digər məsələlər yer alır. Bundan əlavə, tədbirdə çıxış edəcək alimlərin məruzələrinin toplanması və “Azərbaycan alimlərinin I qurultayının materialları” adlı kitabın hazırlanması da nəzərdə tutulur. Qeyd olunub ki, qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət ediləcək. Tədbirdə dünyaın müxtəlif ölkələrindən azərbaycanlı alimlər, həmçinin respublika üzrə bütün elm və təhsil müəssisələrindən nümayəndələr iştirak edəcəklər. Qurultay Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info