Bakıda tibb sərgiləri başlayır
Tarix: 24.09.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Bakıda “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətlərinin təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - “BIHE”, 9-cu Azərbaycan Beynəlxalq “Stomatologiya” , 8-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik Tibb” (“Beauty Azerbaijan 2014”) sərgiləri keçiriləcək. Sərgilərlə əlaqədar keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Azərbaycan səhiyyəsinin son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb. O, bu sərgilərin keçirilməsinin Azərbaycan səhiyyəsinin inkişafına töhfə verdiyini də söyləyib.
Layihələrin meneceri Elmira Ağayeva bildirib ki, 25-27 sentyabr tarixində keçiriləcək 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - “BIHE” sərgisində 17 ölkədən 147 şirkət müasir səhiyyə sektoru üçün zəruri olan ən yeni məhsullarını nümayiş etdirəcək: "Bu ölkələr arasında Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, İsveçrə, Çin, ABŞ və digər ölkələr yer alır. Sərgidə nümayiş etdirilən tibbi məhsul və xidmətlərin geniş spektrinə tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istehlak materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji diaqnostika və müalicə metodları, tibbi texnika və s.-dir. Bu il sərgidə xarici ölkələrdə tibbi xidmətlər təklif edən doqquz beynəlxalq klinika və mərkəz, eləcə də iki turizm agentliyi iştirak edəcək. Bu ilki “BIHE” sərgisi onun yubileyinə həsr edilmiş tədbirlər proqramı ilə seçilir". O əlavə edib ki, bu il Azərbaycan Tibb Universitetinə ən yüksək balla daxil olan tələbəyə xüsusi mükafatın təqdim edilməsi bu tədbirlərdən bir olacaq: "Həmçinin, ziyarətçilər və iştirakçılar sərginin keçirildiyi 20 il ərzində onun tarixi anlarını əks etdirən yubiley stendi sayəsində keçmişə virtual səfər edə biləcəklər".
“BIHE” sərgisinə paralel olaraq iki tədbir - 9-cu Azərbaycan Beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan 2014”) və 8-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik Tibb” (“Beauty Azerbaijan 2014”) sərgiləri keçiriləcək. Azərbaycan, Bəhreyn, Gürcüstan, İtaliya, BƏƏ, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin peşəkar kosmetika bazarında fəaliyyət göstərən aparıcı şirkətləri 8-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik Tibb” (“Beauty Azerbaijan 2014”) sərgisində iştirak edəcəklər.
Eksponentlər gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanaların işində geniş şəkildə tətbiq edilən məhsul və texnologiyaları nümayiş etdirəcəklər. Sərgi ekspozisiyasında lazer kosmetologiya avadanlıqları, aşqarlar, mezoterapiya məhsulları, doldurucular, peşəkar kosmetika, bədənə qulluq məhsulları, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq vasitələri, ətriyyat, saçlar üçün peşəkar kosmetika və bir çox digər məhsullar var. Sərgi ziyarətçiləri öz sahəsinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən ustad dərsləri, habelə saçın modelləşdirilməsi, manikür, eləcə də dəriyə qulluq proseduraları üzrə nümayişlər zamanı məhsullarla yaxından və bilavasitə təcrübədə tanış olacaqlar. “Stomatology Azerbaijan” sərgisinin iştirakçıları həmçinin stomatoloji avadanlıqlar və birdəfəlik istifadə materialları ilə bağlı yenilikləri, implantologiya və dişlərin ağardılması sahəsində yeni texnologiyalar və ağız boşluğunun gigiyenası vasitələrini nümayiş etdirəcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
17.09.2018
Bu ildən Aqrar Universiteti fərqlənmə diplomu ilə bitirən tələbələr işlə təmin olunacaqlar
17.09.2018
Murad Həsənli: “Bir qrup gənclə qan verməyi planlaşdırmışıq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info