“Bakı 2015“ Avropa Oyunlarının 6-cı rəsmi tərəfdaşı AZAL oldu
Tarix: 24.09.2014 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


"Bakı 2015" Avropa Oyunları bu gün milli sərnişindaşıma şirkəti olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə rəsmi tərəfdaşlıq barədə müqavilə imzalayıb.
Avropa Oyunları barədə beynəlxalq səviyyədə insanların məlumatlılığını artırmağa kömək məqsədilə "Azərbaycan Hava Yolları" bu saziş əsasında Bakı 2015-in brendini daşıyacaq, həmçinin ölkəyə uçuşlar zamanı təqdim edilən filmlərdə və jurnallarda Oyunlar barədə təsvirlər veriləcək.
Eyni zamanda, bu müqavilə gələn yay möhtəşəm idman yarışlarına gələn qonaqların qarşılanması zamanı Heydər Əliyev Beynəlxalq Hava Limanında yetərli səviyyədə təbliğatın aparılmasını təmin edəcək.
Azərbaycanın gənclər və idman naziri və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: "Azərbaycan Hava Yolları" ölkəmizin dünya ilə əlaqə saxlamasına kömək edir və bu o deməkdir ki, "Azərbaycan Hava Yolları"nın rəsmi tərəfdaş kimi Avropa Oyunları komandasına qoşulmağı yerinə düşür. "Azərbaycan Hava Yolları" Azərbaycanda ən məşhur şirkətlərdən biridir və aviaşirkət Avropa Oyunlarının dünyanın hər yerində nəzərə çarpmasında bizə kömək edəcək".
Hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsində xidmət göstərən bu şirkət gələn il Avropa Oyunları ilə əlaqədar Bakıya gündəlik uçuşlarının sayını artıracaq.
"Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov deyib: "Bakı 2015 Avropa Oyunları Azərbaycanda yüksək səviyyəli idman tədbirindən zövq almaq üçün dünyanı Bakıya gətirəcək gözəl fürsətdir. Rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulmaq bizim üçün qürurdur və biz "Bakı 2015" brendini uçuşlarımızla bütün dünyaya çatdırmağı səbirsizliklə gözləyirik".
Azərbaycan Hava Yolları P&G, Tissot, BP, Nar Mobile və ARDNŞ-yə qoşularaq Avropa Oyunlarının altıncı rəsmi tərəfdaşı oldu.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Gələn il Avropanın ən güclü idmançılarını Bakıya gətirməkdə əhəmiyyətli rol oynayacaq bizim altıncı rəsmi tərəfdaşımız "Azərbaycan Hava Yolları" ilə bu əhəmiyyətli sazişi imzalamaqdan çox məmnunuq. Xidmətinin keyfiyyətinə görə beynəlxalq səviyyədə tanınmış "Azərbaycan Hava Yolları" "Bakı 2015" Avropa Oyunlarının və bizim mövcud sponsorluq proqramımızın işinə təkan vermək üçün ən uyğun şirkətdir".
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək "Bakı 2015" Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
"Bakı 2015" Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq çərçivəsində Oyunları təşkil və idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info