Azərbaycanla Çin arasında memorandum imzalanıb
Tarix: 24.09.2014 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 23-24 sentyabr 2014-cü il tarixində Çin Xalq Respublikasının mülki məsələlər üzrə naziri Li Liguonun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Milli Fəlakətlərin Azaldılması Mərkəzi və Mülki Müdafiə Cəmiyyətində olmuşdur. Nümayəndə heyətinə Çində mülki müdafiə işinin təşkili, fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə geniş məlumat verilmişdir.
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Çin Xalq Respublikasının mülki məsələlər üzrə naziri Li Liguo ilə görüşü keçirilmişdir.
Görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında ətraflı məlumat vermiş, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulamışdır.
Öz növbəsində, Li Liguo Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd etmiş, bu kontekstdə qarşılıqlı səfərlərin faydalı olacağını bildirmişdir.
Görüşdən sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.
Bundan başqa, səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti fövqəladə hallar zamanı istifadə olunan avadanlıqların istehsalı ilə məşğul olan bir sıra müəssisələrə səfər etmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info