“Ən böyük arzum ədalətli hakim olmaqdır”
Tarix: 24.09.2014 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


654 balla BDU-nun Hüquq fakültəsinə daxil olan Leyla Abuzərli: “Abituriyentlərə tövsiyəm odur ki, qarşılarına məqsəd qoysunlar, dərslərinə mütəmadi hazırlaşsınlar və internetdə boş vaxt keçirməkdən uzaq olsunlar”

Bu il ali məktəblərə qəbul imtahanlarında 100 minə yaxın abituriyent iştirak edib ki, onlardan 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. Müsahibimiz belə tələbələrdən biri, ali məktəbə qəbul imtahanlarında 654 bal toplayaraq BDU-nun Hüquq fakültəsinə daxil olan Leyla Abuzərlidir:

- Mən 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2003-cü ildə Səbail rayonu 91 saylı orta məktəbə daxil olmuşam. Eyni zamanda 3 saylı uşaq musiqi məktəbinin skripka və piano şöbəsini qırmızı diplomla bitirmişəm. 2014-cü ildə BDU-nun Hüquq fakültəsinə dövlət sifarişi əsasında qəbul olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Hər zaman öz Vətənimə layiqli bir hüquqşünas olmaq arzusunda olmuşam. Mən daima çalışmışam ki, əla qiymətlərə nail olum. Son 2 ildə dərslərimə daha ciddi hazırlaşdım və arzuma çatdım. İmtahan prosesi səffaf keçdi, düzdür bir az həyəcan oldu, amma sualları gördükdən sonra həyəcan keçdi. Vaxt da kifayət qədər idi. İmtahandan sonra səhvlərimi tapdım, bir az diqqətsizlik eləmişdim, televiziyada cavablara baxdım və 654 bal hesabladım. Yenə də tam əmin deyildim, kodlaşdırma səhvi ola bilərdi. Ailəmlə birlikdə çox sevincli idim, axır ki, arzuma çatdım.
- İxtisas seçimini necə qərar verdiniz?
- İxtisas seçimini hazırlıq kursundakı müəllimlə birgə etdim. Uşaqlıqdan arzum hakim olmaq idi. İnsan hüquqları mənim üçün çox önəmlidir. Ən böyük arzum ədalətli hakim olmaqdır. Çox xoşbəxtəm ki, valideynlərimin də arzusu olan bu ixtisası seçdim.
-Bəzən bu peşəni qadın peşəsi hesab etmirlər, buna münasibətiniz necədir?
- Heç də bu fikirlə razı deyiləm. Qadın zərif ola bilər, ancaq zəif olmamalıdır. Qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidirlər. Onu da qeyd edim ki, bu gün millət vəkili Mehriban Əliyevanın həyata keçirdiyi tədbirlər, layihələr bütün dünyada təqdir edilir.
-Boş vaxtlarında nə ilə məşğul olursan?
- Boş vaxtlarımda musiqi ilə məşğul oluram, müxtəlif kitablar oxuyuram, xarici dil öyrənməyi çox sevirəm. Gündəlik idmanla da məşğul oluram. Hələ ki, ingilis və rus dillərini öyrənirəm. Xarici dil kursuna da getməyi düşünürəm. Xarici yazıçılardan daha çox alman, ingilis yazıçılarının əsərlərini xoşlayıram. Amerika yazıçısının da əsərini oxumuşam. Hazırda roman, dedektiv əsər oxumağı planlaşdırıram.
-Özünüzü gələcəkdə bu peşədə necə görürsünüz?
- Öz Vətənimə layiq bir hüquqşünas kimi görürəm. Çalışacağam ki, işimdə peşəkar olum. Öz ölkəmizi dünya miqyasında təmsil etməyi qarşıma məqsəd qoymuşam.
-Ümumiyyətlə, gənclərin, o cümlədən qadınların təhsil almasına münasibətiniz necədir?
- Məncə qadın təhsilsiz olmamalıdır. Təhsil mədəniyyət, mədəniyyət isə inkişaf deməkdir. Abituriyentlərə tövsiyəm odur ki, hər zaman qarşılarına məqsəd qoysunlar, bu məqsədə çatmaq üçün dərslərinə mütəmadi hazırlaşsınlar.
Ən əsası isə diqqətli olsunlar. Bundan başqa internetdən nə qədər uzaq olsalar bir o qədər yaxşı olar.
-Qəbul imtahanlarında yüksək nəticə əldə etməklə bağlı abituriyentlərə nə tövsiyə edərdin?
- Mənim fikrimcə, dərslərə mütəmadi olaraq hazırlaşmaq, test nümunələri işləmək, öz biliklərini sınamaq üçün sınaq imtahanlarında iştirak etmək lazımdır. İlk öncə hər bir abituriyent qarşısına məqsəd qoymalıdır.
-Ali məktəbə daxil olmağında təhsil aldığın orta məktəbin rolu ilə bağlı nə deyərdin?
- Bu nailiyyətimdə təhsil aldığım orta məktəbin rolu çox böyükdür. Səbail rayon 91 saylı orta məktəbin direktoru - Svetlana xanım Zülfuqarova başda olmaqla bütün müəllim kollektivinə minnətdarlığımı bildirirəm. Məktəbdə öyrəndiklərimi hazırlıq kursunda yenidən öyrəndim və yüksək bala nail oldum.
- Gələcəkdə təhsilinizi xaricdə davam etdirmək istərdinizmi?
- Bəli, belə bir arzum var, inşallah həyata keçər. İngiltərədə təhsilimi davam etdirmək arzusundayam. Valideynlərimin arzusu mənim nüfuzlu ixtisasa sahib olmağımdır. Ailəmizdə hüquqşünas yoxdur. Amma arzusunda olublar.
-Sizin fikrinizcə, universitet həyatı sizə nə verəcək?
- Mənim fikrimcə, universitet həyatı mənə gələcək karyeramı qurmaqda kömək olacaq. Ən əsası isə universitetdə mən ali təhsilə yiyələnəcəyəm.
Yeni tədris ilində TQDK heyətinə uğurlar arzulayıram. Bizim təhsil almağımız üçün dövlətimizdə çox gözəl şərait yaradılıb. Bunun üçün dövlət başçımız İlham Əliyeva öz minnətdarlığımı bildirirəm. Eləcə də ailə üzvlərimizə mənə dəstək olduqları üçün təşəkkür edirəm. Bütün müəllimlərimə minnətdarlığımı bildirirəm. “Palitra” qəzetinin kollektivinə biz gənclərə dəstək olduqları üçün təşəkkür edirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info