“Dağlıq Qarabağ danışıqlarda üçüncü tərəf deyil”
Tarix: 25.09.2014 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistandakı mətbuat konfransında “Dağlıq Qarabağın de-fakto rəhbərliyinin də səsinin eşidilməsinə ehtiyac var” deyərkən, sülh danışıqlarında üçüncü tərəf kimi iştirak məsələsini nəzərdə tutmayıb”.
Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Nikolas Barnett deyib. O bildirib ki, ABŞ-ın ATƏT-in Minsk qrupunun danışıqlar formatını dəstəkləyən siyasəti dəyişməz qalır.

Məsələni araşdırdığını deyən səfirlik nümayəndəsi qeyd edib ki, “Tert.am” saytının əməkdaşının cəbhədəki gərginlik və “Dağlıq Qarabağ” rejiminin gələcəkdə danışıqlarda tərəf kimi iştirakının mümkünlüyü barədə verdiyi suala Uorlikin cavabı belə olub: “Günahsız insanların müharibənin qurbanlarına çevrilməsi faciədir. Bu hal məni vadar edir ki, gərginliyə son verməyə çalışmaqla yanaşı, mülki insanlar arasında itkilərin qarşısını almaq üçün səylərimi artırım. Qurbanlar çox zaman dinc sakinlər, qadın və uşaqlar olur. Bu itkilərə son vermək üçün hər iki tərəf yollar tapmalıdır. Cəbhə xəttindəki insidentlər faciədir. Danışıqlarda Dağlıq Qarabağın de-fakto rəhbərliyinin də səsinin eşidilməsinə ehtiyac var. Məhz buna görə də, həmsədrlər davamlı şəkildə Dağlıq Qarabağa səfər edir və de-fakto rəhbərliklə görüşürlər”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info