Bilik Fondu gənc alimlərlə əməkdaşlıq edəcək
Tarix: 25.09.2014 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib. Fondun informasiya təminatı sektorundan bildiriblər ki, görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qonaqlara rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib. Gənc alimlərin bu layihələrin icrasına qatılmalarının vacibliyi vurğulanıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov gənc alimlərin fəaliyyətindən danışıb. Bildirilib ki, səkkiz ay əvvəl AMEA-nın tərkibində ictimai birlik kimi yaradılan şuranın akademiyanın bütün strukturlarını təmsil edən 52 üzvü var. Gənc Alim və Mütəxəssislər Şurası orta məktəblərdə elm guşələrinin, həmçinin ali təhsil müəssisələrində tələbə elmi cəmiyyətlərinin fəaliyyətinin gücləndirilməsində, şagirdlərin peşə seçimində, Azərbaycan alimlərinin uğurlarının xaricdə təbliğində Bilik Fondu ilə əməkdaşlıq etmək niyyətindədir.
Hər iki qurum birgə fəaliyyət planları barədə danışıb, müzakirələr aparılıb. Bilik Fondu Gənc Alim və Mütəxəssislər Şurasına əməkdaşlıq haqqında konkret təkliflərini təqdim edib. Gənc alimlər Bilik Fondunun təsis edəcəyi elmi-kütləvi jurnalda məqalələrlə çıxış edəcək, birgə elmi seminarlar təşkil olunacaq, forumlar, simpoziumlar, “dəyirmi masa”lar, bilik yarışmaları keçiriləcək.
Bilik Fondunun layihələrində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının iştirakı planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info