“Bakı inanılmaz şəkildə dəyişib, inkişaf edib”
Tarix: 25.09.2014 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin növbəti qonağı qardaş Türkiyənin sevilən sənətçisi Müşərrəf Akay olub. Dünən universitetin rəhbər heyəti, müəllim və tələbələrin iştirakı ilə ali təhsil müəssisəsində tanınmış sənətçi ilə unudulmaz görüş keçirilib.
BSU-nun rektoru, prof. Asif Hacıyev universitetin yaranma tarixi, həmçinin türk dili və mədəniyyətinə, musiqisinə olan böyük diqqətdən danışıb: “Bakı Slavyan Universiteti yarandığı gündən bir çox xarici təhsil ocaqları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq qardaş ölkə sayılan Türkiyə ilə də özünü göstərir. Təhsil müəssisəmizdə fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzi Bakı Slavyan Universiteti ilə Türkiyə Başbakanlıq Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Kültür Mərkəzinin maddi və mənəvi dəstəkləri və əməkdaşlığı ilə 3 may 2004-cü ildə yaranıb.” O, həmçinin Türkiyənin Qafqaz Universiteti, Qazi Universiteti, Ankara Universiteti, İstanbul Kültür Universiteti və başqaları ilə əməkdaşlıq haqqında müqavilələr bağlandığını və eyni zamanda Regionşünaslıq fakültəsində Türkiyəşünaslıq üzrə təhsil alan tələbələrə Türkiyənin iqtisadi-siyasi və mədəni cəhətdən inkişafını əks etdirən kursların tədris olunduğunu vurğulayıb. Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf Akay ölkəmizlə bağlı xatirələrini universitet əməkdaşları və tələbələrlə bölüşüb. Otuz il öncə Bakıya gəlişini yada salan sənətçi Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyinin şahidi olduğunu söyləyib. BSU ailəsinin ona olan diqqəti, marağı da sənətçini təsirləndirib: “Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır”. “Azərbaycan Türkiyənin sevdasıdır!” deyən sənətçi, müəssisədə təhsil alan türk tələbələrlə də görüşüb, repertuarında yer alan Azərbaycan xalq mahnılarından parçaları sevərək ifa edib.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info