Binəqədidə istedadlı əlillərin rəsm sərgisi və konserti keçirildi
Tarix: 25.09.2014 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda fiziki məhdudiyyətli şəxslərin rəsm əsərləri, əl işlərinin sərgisi keçirildi və onların ifasında konsert proqramı nümayiş etdirildi. Binəqədi Rayon İcra Hakimiyyəti və “İstedadlı Əlillər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə millət vəkili Adil Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov, fiziki məhdudiyyətli şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə çıxış edən millət vəkili Adil Əliyev belə tədbirlərin keçirilməsinin əlillərin öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaratdığını, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya olunması baxımından ciddi əhəmiyyət daşıdığını bildirdi.
Binəqədi RİH başçısı Aparatının şöbə müdiri və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov öz çıxışında fiziki məhdudiyyətin insanı cəmiyyətdən təcrid etmədiyini, həmin şəxslərin bu gün cəmiyyətin digər fərdləri kimi ictimai fəallığı ilə seçildiyini bildirdi. R.Göyüşov vurğuladı ki, hər kəsin, eləcə də fiziki məhdudiyyətli şəxslərin öz yaradıcı potensiallarını üzə çıxarmaq, öz bacarıqlarını nümayiş etdirmək üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb.
Digər natiqlər də çıxış edərək, əlillərə göstərilən dövlət qayğısından danışdılar. Rəsmi hissə “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımovun çıxışı ilə yekunlaşdı. O istedadlı əlillərin öz imkan və bacarıqlarını nümayiş etdirmək baxımından belə tədbirlərin əhəmiyyətini qeyd etdi. C.Qasımov vurğuladı ki, Binəqədi rayonunda son illər geniş vüsət almış abadlıq-quruculuq işləri, eləcə də “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində həyata keçirilən intensiv tədbirlərin də istedadlı əlillərin diqqətindən kənarda qalmayıb. O, istedadlı əlillərin fərqli rənglərin sintezindən yaratdıqları canlı tabloların rayondakı intensiv inkişafı əks etdirdiyini bildirdi.
Tədbirin bədii hissəsində öz istedadları ilə fərqlənən fiziki məhdudiyyətli şəxslərin konserti nümayiş olundu. Eyni zamanda “İstedadlı Əlillər” İctimai Birliyinin diplomları ictimai fəallığı ilə seçilən fiziki məhdudiyyətli şəxslərə təqdim edildi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info