Amerikanın “Baker Hughes“ şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar
Tarix: 25.09.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Amerikanın "Baker Hughes" şirkətinin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik Bakı Ali Neft Məktəbinin rektoru və rəhbər heyəti ilə görüşüb. Görüş zamanı qonağı şirkətin universitetlərarası əlaqələr və işəgötürmə üzrə mütəxəssisi Ekaterina Mişşina və Azərbaycan nümayəndəliyinin bir sıra rəhbər əməkdaşı müşayiət edib.
BANM-dən verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov onlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi, məqsəd və başlıca hədəfləri, həmçinin tələbə qəbulu prosesinin nəticələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, qısa zaman müddətində fəaliyyət göstərməsinə baxmayaraq, ali məktəb kifayət qədər uğurlara nail ola bilib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən son iki tədris ilinin statistik göstəricilərinə əsasən ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb və ali məktəblər arasında mütləq lider ola bilib. BANM-in əməkdaşlıq etdiyi beynəlxalq universitetlər və şirkətlər haqqında məlumat verən rektor ali məktəbin tələbələri üçün şirkətlərdə müxtəlif təlim və stajkeçmə imkanlarının yaradıldığını, bunun tədrisin praktik nöqteyi-nəzərdən təşkilinə mühüm töhfə verdiyini vurğulayıb.
Şirkətin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik onun neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli şirkət olaraq dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərdiyini və ümumilikdə 58.000-dən çox işçiyə sahib olduğunu bildirib. Eyni zamanda, Baker Hughes şirkətinin 11 texnoloji mərkəzə malik olduğunu və elm və texnologiya sahələrinə külli miqdarda investisiya yatırımı etdiyini vurğulayıb.
İxtisaslı kadr axtarışında olduqlarını qeyd edən cənab Vudvik Baker Hughes şirkətində tələbələr üçün stajkeçmə proqramının həyata keçirildiyini bildirib və BANM tələbələrinin də bu proqramdan bəhrələnmələri arzusunda olduğunu ifadə edib.
Qarşılıqlı əməkdaşlıq üçün potensial imkanların mövcud olduğunu ifadə edən tərəflər bunun üçün müvafiq hüquqi bazanın yaradılması barədə razılığa gəliblər.
Daha sonra şirkətin nümayəndələri tələbələr qarşısında prezentasiya ilə çıxış etmiş və interaktiv müzakirələr aparıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info