Səfirlik ABŞ-a olan ilk birbaşa uçuşu dəyərləndirib
Tarix: 25.09.2014 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


ABŞ-ın Azərbaycandakı səfirliyi “Azərbaycan Hava Yolları”nın (AZAL) Birləşmiş Ştatlara etdiyi ilk birbaşa uçuşundan böyük məmnunluq duyduğunu bəyan edib.
Səfirlikdən verilən məlumata görə, bu kimi uçuşlar turizmin və yük daşımalarının inkişafına təkan verəcək və insanlar arasında münasibətləri genişləndirərək, iki dövlət arasında olan dostluğu gücləndirəcək.
Qeyd olunur ki, ilk hava reysinin gerçəkləşməsi ABŞ və Azərbaycan hökumətlərinin bir neçə illik əməkdaşlığın zirvə nöqtəsidir: “ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Beynəlxalq Aviasiya Təşkilatının üzvü olan Azərbaycana edilən aviasiya təhlükəsizliyinin texniki yardımının iki mərhələsini maliyyələşdirib. Bunun sayəsində Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycanın üzərinə düşən səkkiz mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri daha səmərəli yerinə yetirə bilib. 2014-cü ilin martında isə beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsini uğurla keçən Azərbaycan ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən aviasiya təhlükəsizliyi sahəsində 1-ci ranq kateqoriyası alıb. Bu isə Azərbaycanın hava daşıyıcılarına birbaşa ABŞ-a uçuş etmək icazəsi verir. AZAL və ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının son aylarda etdiyi əməkdaşlıq nəticəsində Azərbaycanın ABŞ-a birbaşa hava reyslərinin keçirilməsi üçün bütün aviasiya təhlükəsizlik tələblərinə uyğun olması təmin edilib. Biz Azərbaycan Hökumətini son bir neçə il göstərdiyi əzmkarlıq və peşəkarlıq nəticəsində əldə olunmuş uğurla təbrik edirik. ABŞ hökuməti gələcəkdə də Azərbaycanla mülki aviasiya sahəsində işi davam etmək və iqtisadi əməkdaşlığı gücləndirmək ümidindədir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info