Qəbələdə üzümçülüyün inkişafı diqqət mərkəzindədir
Tarix: 25.09.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatının gəlirli sahələrindən olan üzümçülük Qəbələ rayonu üçün həmişə xarakterik olub.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən “AzərTAc”a bildiriblər ki, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırda rayonda bu sahənin inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər görülür.
Hələ sovetlər dövründə rayonda 1000 hektardan artıq üzüm sahələri olub və üzümün ilkin emalı müəssisəsi fəaliyyət göstərib. Məlum antialkoqol tədbirləri çərçivəsində həmin üzüm sahələri tamamilə məhv edilib. Lakin son vaxtlar rayonda üzümçülük və şərabçılığın inkişafı diqqət mərkəzindədir. Hazırda rayonda 436 hektar sahədə bar verən üzüm bağı mövcuddur. Cari ildə isə fermerlər tərəfindən 22 hektar sahədə yeni üzüm bağı salınıb. Hazırda rayonda 2 hüquqi və 1 fiziki şəxs tərəfindən yeni üzüm plantasiyalarının salınması istiqamətində işlər aparılır.
Sahələrə yerli süfrə üzüm sortları ilə yanaşı, Gürcüstandan “Saperavi”, “Rkasiteli”, “Mtsvane”, “Aleksandrauli”, Fransadan “Cabernet”, “Sauvignon”, “Cabernet Franc”, “Pinot Noir” adlı calaqlı texniki üzüm sortları, eləcə də Özbəkistandan kişmiş sortları olan “Batır”, “Qara kişmiş”, “Ağ kişmiş”, “Çəhrayı tayfu” gətirilərək əkilib.
Rayonda üzümçülüyün ildən-ilə inkişaf etməsi nəzərə alınaraq “Aqro-Azərinvest” MMC tərəfindən Qəbələ rayonunda 3 min şüşə şərab istehsal edən zavod, “Aspi-Aqro” MMC tərəfindən isə illik gücü 1000 ton olan şərabın ilkin emalı zavodu inşa edilib.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info