Culfanın Ərəzin və Ağstafanın Köçvəlili kəndlərində içməli su təchizatı sistemi inşa ediləcək
Tarix: 25.09.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Sentyabrın 29-da Yaponiyanın Azərbaycandakı səfirliyində “Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəzin kəndində içməli su təchizatı sisteminin tikintisi” və “Ağstafanın Köçvəlili kəndində içməli su təchizatı sisteminin tikintisi” layihələri üzrə iki qrant müqaviləsinin imzalanması mərasimi keçiriləcək.
Səfirlikdən bildiriblər ki, mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin, Milli Məclisin deputatlarının, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin və Ağstafa Rayon İcra Hakimiyyəti təmsilçilərinin iştirakı nəzərdə tutulur.
“Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəzin kəndində içməli su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsini Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və Culfa rayonunun Ərəzin kənd bələdiyyəsinin sədri Əbülfəz Ağayev imzalayacaqlar.
“Ağstafanın Köçvəlili kəndində içməli su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsi isə Tsuquo Takahaşi və “Gənclərin Sosial Problemlərinin Həllinə Yardım” İctimai Birliyinin sədri Anar Aslanov tərəfindən imzalanacaq. Bu, səfirliyin Ağstafa rayonunda ilk layihəsidir.
Hər iki layihənin əsas məqsədi yeni su təchizatı sistemi inşa etməklə kənd sakinlərinin içməli suya olan ehtiyacını ödəməkdir.
Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1 milyard dolları keçib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info