Azərbaycan qazı ilə bağlı məqalə Misir mətbuatında
Tarix: 25.09.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Misirin “1.youm.7” internet nəşrində “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminə həsr olunmuş məqalə dərc edilib.
“Azərbaycan qazın Avropaya nəqli üzrə ən mühüm layihələrindən birini işə salıb” sərlövhəli məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ABŞ və Avropa ölkələrinin hökumət liderlərinin və nümayəndələrinin iştirakı ilə Bakıda keçirilmiş təntənəli mərasimdən bəhs olunur. Yazıda bu layihə Azərbaycan ilə Avropa arasındakı münasibətlərdə mühüm sıçrayış hesab edilir.
Məqalədə deyilir ki, Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasını Azərbaycanın həyatında tarixi gün adlandırıb. Bu hadisə Avropanın enerji təhlükəsizliyi üçün yeni səhifə açacaq və Azərbaycan öz təbii ehtiyatlarının Avropa bazarlarına nəqlini artıracaq. Bu layihə Azərbaycan və Avropa üçün əhəmiyyətlidir, çünki o, gələcəkdə Azərbaycan qazını Gürcüstan, Türkiyə və Yunanıstana, oradan da Bolqarıstana, Albaniyaya, İtaliyaya və başqa ölkələrə nəql etməyə imkan verəcəkdir. Layihənin həyata keçirilməsi Azərbaycanın inkişafı üçün əlavə iqtisadi dividendlər deməkdir.
Sonda Azərbaycanın enerji resurslarının hasilatı və dünya bazarlarına nəqli strategiyasının həyata keçirilməsində son 20 ildə ölkəmizin qazandığı böyük müvəffəqiyyətlər və “Əsrin müqaviləsi”nin müasir Azərbaycanın inkişafı üçün əhəmiyyəti xüsusi vurğulanır.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: http://www1.youm7.com

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info