“ABŞ prezidentinin yadına salmaq lazımdır ki...”
Tarix: 25.09.2014 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Ramiz Alıyev: “Azərbaycanda bütün insan hüquq və azadlıqlarının qorunduğu bir ölkədir”

ABŞ Prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində Azərbaycana qarşı qərəzli fikirlər söyləyib. Bu qərəzli fikirlərə Azərbaycan tərəfindən həm dövlət və hökumət nümayəndələri, həm də ictimaiyyət nümayəndələri öz kəskin etirazını bildirib. Politoloq Ramiz Alıyev də bildirib ki, Azərbaycan dövləti və xüsusi xidmət orqanlarının xarici ölkələrin ölkəmizdəki kəşfiyyatçılarını ifşa etməsi başda ABŞ prezidenti olmaqla hamısını bərk narahat edib. Əslində bu gözlənilən idi. Ona görə ki, sözügedən bu kəşfiyyatçılar onlara necə lazımdırsa, o cür də xidmət edirdilər. Azərbaycan dövləti demokratik dəyərlərə malik bir ölkədir, ölkəmizdə demokratiya olanda, demokratik addımlar atılanda ABŞ başda olmaqla heç bir Qərb ölkəsində o demokratik addımlar atılmamış. Azərbaycanda müstəqil və heç bir təzyiqə məruz qalmayan yüzlərlə QHT və KİV fəaliyyət göstərir. Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edib və bütün insan hüquq və azadlıqlarının qorunduğu bir ölkədir. Azərbaycan dövləti tərəfindən istər QHT-lərə, istərsə də KİV-lərə maddi dəstək nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət dəstəyi Fondu yaradılıb və vətəndaş cəmiyyətinin inkişafına dövlət tərəfindən böyük dəstək göstərilib. Bununla bərbər Azərbaycan dövləti və hüquq -mühafizə orqanları heç vaxt imkan verməz ki, hansısa bir şəxs və ya təşkilat QHT və yaxud KİV adı ilə Azərbaycan qanunlarına zidd olan addımlar ata, qanundan kənar işlərlə məşğul ola, hansısa bir ölkəyə kəşfiyyat məlumatları ötürə! Buna heç bir zaman imkan verilməyəcək”.
R.Alıyev deyib ki, istər ABŞ, istərsə də digər bəzi Qərb ölkələrində nə qədər neqativ hallar olursa özlərinin daxili işi olaraq bəyan edirlər və dövlətlərinin təhlükəsizliyi üçün hər addım ata biləcəklərini bildirirlər: “Ancaq digər ölkələrin öz dövlətlərinin təhlükəsizlik naminə atdığı addımlardan şou düzəldir. İnsan Hüquqlarından ağız dolusu danışan ABŞ prezidentinin yadına salmaq lazımdır ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, silahdan istifadə, insan ölümləri, medianın, vətəndaş cəmiyyəti fəallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılmasını ABŞ-ın daxili işi kimi xarakterizə etmişdi. Bəs, onda QHT, KİV, vətəndaş cəmiyyəti, insan haqları ABŞ Prezidentinin yadına düşmürdü?!”

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info