Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyəti
Tarix: 25.09.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


İngiltərənin Mançestr şəhərində Leyborist Partiyasının Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilmiş konfransı çərçivəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin gələcəyinin təmin edilməsində Azərbaycanın xüsusi rolu müzakirə mövzusu olub.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, Böyük Britaniya Leyborist Partiyasının iki tanınmış siması, “kölgə” energetika naziri Tom Qreatex və enerji və İqlimin Dəyişməsi Komitəsinin üzvü Qreham Strinqer Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Natiqlər qeyd ediblər ki, bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi yerini möhkəmləndirib.
Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniyadakı ofisinin İctimayyətlə Əlaqələr üzrə meneceri Cek Peqoraro Avropa enerji böhranının səbəblərini belə açıqlayıb: “Məlum olduğu kimi, Böyük Britaniyanın elektrik enerjisinin yarısı təbii qaz vasitəsilə istehsal olunur. Britaniyadakı istehsal sürətlə azalır və son 3 ildə bu azalma 30 faiz olub. 2020-ci ildə biz Britaniya istehlakının 70 faizini idxal edəcəyik. Milli Enerji Sisteminin məlumatına əsasən, Britaniyanın köhnəlmiş enerji stansiyalarının tələb olunan miqdarda enerji istehsal etmək qabiliyyətinin olmaması səbəbindən bu ilin qışında enerjinin verilməsində fasilələr olacaq. Ukraynadakı vəziyyət Avropa İtifaqının enerji təhlükəsizliyi məsələləsini gündəmə gətirib. Rusiya Avropa İttifaqının qaz təhcizatının 30 faizini həyata keçirir. Amma onun siyasəti təhcizatı həyata keçirən ölkələrin müxtəlifliyinin vacib olduğunu göstərir. Əgər Russiya qazı Avropaya nəql olunmasa belə, Avropa İttifaqında qazın qiymətindəki cüzi artım Britaniyada bütün enerji daşıyıcıların qiymətinin artmasına səbəb olur”.
2013-cü ilin dekabrında Böyük Britaniyanın keşmiş xarici işlər naziri Uilyam Haque Azərbaycan hökuməti ilə BP-nin “Şahdəniz” konsorsiumu arasında uzunluğu 2000 mil və dəyəri 45 milyard dollar olan qaz xətti sazişinin imzalanması mərasimində iştirak etmək üçün Azərbycana səfər etmişdir. Bu, “Şahdəniz 2” yatağından Azərbaycan qazının İtaliyadakı birləşdirici kəmərə nəqlinə və beləliklə, “Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçməsini nəzərdə tuturdu. Bu, keçmiş Baş nazir Tony Blerin “Şahdəniz” konsorsiumuna məsləhətçilik etməyi ilə nəticələnmişdi. Trans-Adriatik və Trans-Anadolu qaz xətləri yeddi ölkənin ərazisindən keçəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info