Azərbaycan İranla Rusiya arasında ticari əlaqələrin inkişafı üçün körpü ola bilər
Tarix: 25.09.2014 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Azərbaycan İranla Rusiya arasında ticari əlaqələrin inkişafı üçün körpü ola bilər və bu səmərəli əməkdaşlıq hər üç ölkənin xeyrinədir. Bunu Bakıda səfərdə olan İranın Gilan əyalətinin Ticarət-Sənaye Palatasının sədri Hadi Tizhuş Taban deyib.
H.T.Taban bildirib ki, hazırda Azərbaycan və İran tacirlərinin Rusiya ilə biznes əlaqələri yaxşı səviyyədədir, lakin hər iki ölkədə Rusiya ilə ticari əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial mövcuddur: "İran və Azərbaycanın iş adamları və tacirləri arasında ticari əlaqələr daha da yaxşılaşdırılarsa, hər iki ölkə Rusiyaya ixracat və idxalatla bağlı daha sıx əməkdaşlıq edə bilər”.
O, əlavə edib ki, Azərbaycan Şimal-Cənub və TRACEKA dəhlizlərinin üzərində yerləşir. “Bu dəhlizlər vasitəsi ilə yüklərin daşınma xərcləri və zamanı azalır, eləcə də yüklərin bu dəhlizlər vasitəsi ilə tranzitini daha əlverişli edir. Fars körfəzi, Asiya və Avropa ölkələrinə tranzit olunan yüklər hər iki ölkə üçün əlavə dəyərin artmasına səbəb olur”.

H.T.Tabanın sözlərinə görə, İran kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində geniş potensiala malikdir: “Rusiyanın kənd təsərrüfatı məhsullarına tələbatı çoxdur. Bu baxımdan, azərbaycanlı tacirlər vasitəsilə Rusiyaya aparılan İran məhsullarının həcmi daha da artırıla bilər. Hazırda ticari əlaqələr var, lakin bu, qənaətbəxş deyil”.
Tizhuş Taban deyib ki, Azərbaycan və İran iş adamları birgə müəssisələr yaratmaqla Rusiyaya məhsullar ixrac edə bilərlər. “İki ölkənin tacirlərinin birlik yaratması və məhsulların Rusiyaya daha rahat və tez ixrac edilməsi, gömrük sənədləşdirilmələrinin asanlaşdırılması, vergi və gömrük xərclərinin azaldılması ilə bağlı addımlar aılması lazımdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info