Azərbaycan təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutur
Tarix: 25.09.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


"Hər bir ana ölümü Səhiyyə Nazirliyini və onun rəhbərliyini narahat edir". Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini bildirib ki, Azərbaycanda ana ölümlərinin sayı ildən-ilə azalır: "On il əvvəlki rəqəmlərə baxdıqda il ərzində 34 ana ölümü qeydə alınıb. Ötən il isə bu rəqəm 25 olmuşdu. Bu ilin 9 ayı ərzində 18 ana doğuş zamanı ölüb. Bütün ana ölümləri nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Günahı olan şəxslər cəzalandırılır. Ana ölümü olmayan ölkələr yoxdur. Lakin bu rəqəmin aşağı olmasına çalışmalıyıq". Nazir müavini, həmçinin əhaliyə tövsiyə edib ki, həkimə vaxtında müraciət etsinlər: "İnsanlar, xüsusən də gənc analar öz sağlamlığına diqqətlə yanaşsınlar". Azərbaycanın təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutduğunu söyləyən E. Ağayev qeyd edib ki, artım əmsalı 12, 8-dir: "Bu da doğuşların sayının ildən-ilə artdığını göstərir. Ötən il ərzində ölkədə 170 mindən artıq uşaq doğulub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info