Vüqar Abdullayev PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib
Tarix: 25.09.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev Dünya Bankı tərəfindən təsis edilən və Mərkəzi Asiya və Şərqi Avropanın 22 ölkəsinin üzv olduğu PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib.
Nazirlikdən verilən məlumata görə, 2005-ci ildə təsis olunan PEMPAL proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.
Proqram çərçivəsində keçirilən tədbirlər zamanı Maliyyə Nazirliyində son dövrdə aparılan islahatlar, həmçinin Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi və FARABİ Sistemi (büdcə təşkilatları üçün mərkəzləşmiş mühasibat proqramı) çox yüksək qiymətləndirilib və böyük marağa səbəb olub.
Hazırda Dövlət Xəzinədarlığı Agentliyində büdcə təşkilatlarına göstərilən elektron xidmətlər genişləndirilir və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı vasitəsilə sənəd dövriyyəsinin təşkili üzrə pilot layihələr uğurla başa çatdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info