Azərbaycan və Moskva hökumətləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Tarix: 25.09.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Sentyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Moskva meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yaqub Eyyubov Rusiya nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə olacağını bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti bununla bağlı konkret tapşırıqlar verib və danışıqlarda bu məsələlər də önə çəkiləcək. Rusiyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu deyən Y.Eyyubov iki ölkə arasında əmtəə dövriyyəsinin yüksək olduğunu söyləyib. Baş nazirin birinci müavini Azərbaycanın Rusiyanın bir çox subyektləri ilə də sıx əlaqələr qurduğunu, bu sırada Moskvanın birinci yerdə durduğunu vurğulayıb.
Azərbaycan ilə Rusiya arasında çoxəsrlik əlaqələr olduğunu bildirən Sergey Sobyanin ölkələrimiz arasında ticarət dövriyyəsinin bu il 30 faiz artdığını bildirib. S.Sobyanin deyib ki, imzalanacaq sənədlər Azərbaycandan Moskvaya kənd təsərrüfatı məhsullarının çatdırılmasını sürətləndirəcək. Bu istiqamətdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Mer, eyni zamanda, Moskvanın Azərbaycanla turizm, mədəniyyət, şəhər abadlığı sahələrində də əməkdaşlığı genişləndirə biləcəyini söyləyib. O, imzalanacaq sazişlərin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb.
Görüşdə Azərbaycan və Moskva hökumətləri arasında anlaşma və əməkdaşlıq haqqında memorandum, Azərbaycandan Moskvaya kənd təsərrüfatı məhsullarımın çatdırılması ilə bağlı iş adamları arasında ikitərəfli sazişlər imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info