Son 7 ildə 600-ə yaxın səhiyyə müəssisəsi və xəstəxana açılıb
Tarix: 25.09.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Son 7 il ərzində Azərbaycanda 600-ə yaxın yeni səhiyyə müəssisəsi və xəstəxana açılıb. Bunu səhiyyə nazirinin müavini Elsəvər Ağayev Bakıda “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətlərinin təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - BIHE, 9-cu Azərbaycan Beynəlxalq Stomatologiya , 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan 2014”) sərgilərinin açılış mərasimində bildirib. Onun fikrincə, bu xəstəxanaların müasir avadanlıqlar və dərmanlarla təchiz edilməsində səhiyyə sərgilərinin rolu böyükdür. Nazir müavini qeyd edib ki, Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi artıq adət halını alıb və hər il onun iştirakçıların sayı daha da artır, Azərbaycan səhiyyəsi dünya səhiyyəsinə inteqrasiya edir. E.Ağayev bildirib ki, builki sərgidə 17 ölkədən 147 şirkət iştirak edir. Ənənəvi olaraq səhiyyə sərgisi ilə yanaşı, artıq 9 ildir stomatologiya sərgisi, 8 ildir estetik tibb sərgiləri keçirilir. Sərginin açılışında çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib ki, bu sərgilər iqtisadi sahədə əldə edilən nailiyyətləri əks etdirir.
Sərgi sentyabrın 27-dək davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info