Azərbaycanla İran İKT sahəsində əlaqələri genişləndirir
Tarix: 25.09.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi ilə görüşüb. Görüş zamanı Müctəba Haşimi Bakıda ilk dəfə olmağından məmnunluğunu ifadə edərək səfərin iki ölkə arasında İKT sahəsində əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.
İranın bir sıra aparıcı İT şirkətlərinin də Azərbaycana gəldiyini diqqətə çatdıran M. Haşimi İran şirkətlərinin qarşılıqlı əməkdaşlığa hazır olduqlarını qeyd edib. O, üçüncü ölkə bazarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin də mümkünlüyünü vurğulayıb. İranlı nazir bu görüşün əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. İran səfərinin təəssüratlarını və uğurlu nəticələrini bölüşən rabitə və yüksək texnologiyalar naziri Ə. Abbasov bildirib ki, Azərbaycan və İran prezidentlərinin görüşündən sonra ölkələr arasında əlaqələr daha da genişlənib. İqtisadi sahədə əlaqələrin inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyini diqqətə çatdıran Ə. Abbasov bundan sonra da birgə görüşlərin təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını qeyd edib. Ə. Abbasov İran şirkətlərini ölkəmizin İT sahəsində həyata keçirdiyi layihələrdə iştirak etməyə dəvət edib və bunun üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb. Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info