“Leyla Yunusla bağlı səsləndirilən ittihamlar tamamilə əsassızdır”
Tarix: 25.09.2014 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyinin Penitensiar xidməti son günlər Leyla Yunus haqqında yayılan məlumatlara münasibət açıqlayıb.
Penitensiar xidmətin saytında yer alan məlumata görə, Penitensiar xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov bildirib ki, son günlər ərzində bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın saxlanma şəraiti barədə növbəti dəfə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır.
“Ədliyyə Nazirliyinin Penitensiar xidməti təqsirləndirilən şəxs Leyla Yunusovanın guya müəssisə əməkdaşlarından biri tərəfindən döyülməsi ilə bağlı məlumata cavab olaraq bildirir ki, həmin xəbər tamamilə əsassızdır. Həqiqəti əks etdirməyən və ictimai fikrin çaşdırılmasına yönəldilmiş bu cür xəbərlərə son qoymaq məqsədi ilə Penitensiar xidmət rəhbərliyi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına araşdırma aparılması barədə müraciət edilib. Bu məqsədlə təcridxananın dəhlizlərində quraşdırılmış videokameralar tərəfindən qeydə alınan görüntülər prokurorluq orqanına təqdim olunacaq.
Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın vəkillərinin yaydığı bəyanatda qeyd olunan Penitensiar xidmətin əməkdaşı Fəqan Yaqubovun guya təqsirləndirilən şəxs Leyla Yunusovaya fiziki təzyiq göstərməsi ilə bağlı məqama gəlincə, həmin şəxsin ünvanına səsləndirilən ittihamlar tamamilə əsassızdır. Fəqan Yaqubov və eləcə də Penitensiar xidmətin digər əməkdaşları məhkum və təqsirləndirilən şəxslərlə davranış qaydalarını bilir və onlara tam riayət edirlər”.
Y. İsakov qeyd edin ki, təqsirləndirilən şəxs Leyla Yunusovanın vəkillərinin yaydığı bəyanatda həqiqəti əks etdirməyən başqa məqamlar da yer alıb: “Belə ki, bəyanatda bildirilir ki, 24 sentyabr 2014-cü ildə müdafiəçilərindən vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər. Penitensiar xidmət bildirir ki, həmin tarixdə təqsirləndirilən şəxs Leyla Yunusovanı vəkillərdən yalnız biri – Cavad Cavadov qəbul edib.
Bəyanatda qeyd olunan digər əsassız ittihamlara - guya son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından Leyla Yunusovanın soyuq su ilə çimməli olmasına, bunun nəticəsində bərk soyuqlamasına, temperaturunun yüksəlməsinə və həkimlərin onu qəbul etməmələrinə gəlincə, Penitensiar xidmət bildirir ki, Bakı İstintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş korpusu həftədə 3 dəfə 4 saat ərzində isti su ilə təchiz edilir. Təqsirləndirilən şəxs Leyla Yunusovanın isti susuz qaldığını iddia etdiyi gün də o, qrafikə uyğun olaraq saat 10:00-dan 14:00-dək isti su ilə təmin olunub.
Təqsirləndirilən şəxs Leyla Yunusovanın soyuqladığı və həkimin onu qəbul etməməsi barədə deyilən fikirlər də qərəzlidir. Penitensiar xidmət səsləndirilən ittihamlara cavab olaraq bildirir ki, 19-24 tarixləri aralığında təqsirləndirilən şəxs Leyla Yunusova beş dəfə həkim nəzarətində olub və qeydiyyat jurnalında bunu şəxsən öz imzası ilə təsdiqləyib. Penitensiar xidmətin tibb mütəxəssisləri tərəfindən müayinə olunan Leyla Yunusovanın temperaturunun yüksəlməsi öz təsdiqini tapmayıb.
Vəkillərin həmin gün təqsirləndirilən şəxsin kamerasında yoxlanışın aparılmasını “qanunsuzluq” kimi qiymətləndirmələrinə gəlincə, Penitensiar xidmət bildirir ki, kameralarda yoxlanışın aparılması təqsirləndirilən şəxslərin səhhətindən asılı deyil. Həmin gün Bakı İstintaq təcridxanasının rəhbərliyi tərəfindən təsdiqlənmiş qrafikə uyğun olaraq təkcə Leyla Yunusovanın deyil, bütün təqsirləndirilən şəxslərin saxlandığı kameralarda yoxlama aparılıb.
Bakı İstintaq təcridxanasının əməkdaşları təqsirləndirilən şəxs Leyla Yunusovanın bu cür provokasiya xarakterli iddiaları ilə mütəmadi olaraq qarşılaşır və buna soyuqqanlıqla yanaşırlar. Penitensiar xidmət bir daha bildirir ki, belə əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkum və təqsirləndirilən şəxslər, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayılır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info