Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsindəki tikinti işləri uğurla davam etdirilir
Tarix: 25.09.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsində Marabda stansiyasından Kartsaxi stansiyasına qədər baş dəmir yollarının quraşdırılması başa çatdırılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsindəki tikinti işləri uğurla davam etdirilir. Tikintinin intensiv aparıldığı ümumi uzunluğu 184 km olan Marabda-Kartsaxi-Türkiyə sərhədi ərazisində həyata keçirilən işlər 4 mərhələdə reallaşdırılır:
Birinci etap – uzunluğu 29,2 km olan Marabda-Tetritskaro hissəsinin reabilitasiya, rekonstruksiya və tikintisi;
İkinci etap – uzunluğu 49,7 km olan Tetritskaro-Tsalka hissəsinin reablitasiya, rekonstruksiya və tikintisi;
Üçüncü etap – uzunluğu 74,1 km olan Tsalka –Axalkalaki hissəsinin reablitasiya, rekonstruksiya və tikintisi;
Dördüncü etap – uzunluğu 26,3 km olan Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi hissəsinin, uzunluğu 4,5 km olan Axalkalaki stansiyasının və uzunluğu 156 m olan Qırxbulaqkörpüsünün tikintisi.
İlk üç etap “Azəryolservis” ASC ilə Gürcüstan hökumətinin müvafiq qurumu – “Marabda Kartsaxi Dəmiryolu” MMC arasında imzalanmış podrat müqaviləsinə əsasən “Azəryolservis” ASC tərəfindən icra olunur. 2011-ci ildə “Azəryolservis” ASC-in Gürcüstan filialı təsis olunduqdan sonra tikinti işlərinin sürətli aparılması üçün zəruri olan struktur bölmələri yaradılıb. Hazırda Gürcüstanda ”Azəryolservis” ASC-nin mərkəzi aparatında 29 nəfər işçi çalışır.
Artıq birinci etap üzrə tikinti işləri yekunlaşan Marabda-Tetriskaro hissəsi istismara hazırdır. Belə ki, torpaq yatağı və süni qurğular üzrə əsas işlər yekunlaşıb, yol geyimi hazırlanıb, bina və qurğularda son tamamlanma işləri başa çatdırılıb.
İkinci etapda (Tetritskaro-Tsalka) torpaq yatağı və yolun üst quruluşu elementləri üzrə işlər tamamlanıb, əsas yol bütövlüklə yenidən qurulub. Hazırda rabitə, işarəvermə, elektrik təhcizatı, elektrik əlaqə şəbəkəsi, binaların bərpası və abadlaşdırma işləri davam etdirilir.
Üçüncü etapda (Tsalka-Axalkalaki) torpaq işləri, 155 ədəd süni qurğuların və körpülərin, bina və digər tikililərin tikintisi, dəmir yolunun döşənməsi işləri başa çatdırılıb. Hazırda qırmadaşın səpilməsi işinə başlanılıb. Son 5 ay ərzində 70 km-dən çox dəmir yolu döşənib ki, bu da Gürcüstan üçün rekord nəticədir.
Dördüncü etapda (Axalkalaki-Kartsaxi) yol yatağının, körpülərin, suötürücülərin, dəmir yolunun döşənməsi işləri başa çatdırılıb. Kartsaxi stansiyasında əsas və stansiya daxili yollar və Qırxbulaq çayı üzərindəki dəmir yolu körpüsü üzrə tikinti işləri tam bitib.
Gürcüstan və Türkiyə arasında sərhəddə tikilən tunelin ümumi uzunluğu 4450 metrdir ki, bununda Türkiyə tərəfindən başlayaraq 2560 metr hissəsində işlər başa çatıb. Gürcüstan ərazisində olan 2070 metr tunelin 240 metrəsi tunelin girişinə aiddir. Qalan 1830 metr tunelin 960 metri qazılıb, geri qalan 870 metrin qazıntısı sürətlə davan etdirilir.
Axalkalaki stansiyasında partlayış yolu ilə davam etdirilən torpaq işləri sona çatmaq üzrədir. Eyni zamanda, paralel olaraq stansiya ərazisində olan süni qurğuların da tikintisi davam etdirilir.
Axalkalaki stansiyasında vağzal binasının tikintisi işləri yekunlaşıb. Hal-hazırda binanın daxilində təmir və quraşdırma işləri aparılır. Bu işlərin cari ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.
Artıq Marabda stansiyasından Kartsaxi stansiyasına qədər baş dəmir yollarının quraşdırılması başa çatdırılıb.
Layihənin icrasında Türkiyə, Gürcüstan, Azərbaycan və digər dövlətlərin şirkətləri iştirak edir.
Layihə çərçivəsində ümumiyyətlə 2000 nəfərdən çox işçi və 500-dən cox maşın-mexanizm cəlb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
14.11.2018
Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub
14.11.2018
“AzerGold” QSC qızıl hasilatını artırıb
14.11.2018
Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
14.11.2018
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info