“Sosial şəbəkələr və media ilə iş” qrupu toplandı
Tarix: 25.09.2014 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanan “Şuşaya Azadlıq” beynəlxalq kompaniyası çərçivəsində yaradılan “Sosial şəbəkələr və media ilə iş” işçi qrupunun növbəti toplantısı keçirilib. Toplantıda işçi qrupunun gördüyü işlər, həmçinin planlaşdırılan layihələr barədə məlumat verilib. Qeyd olunub ki, qısa müddət ərzində işçi qrupun üzvləri tərəfindən “Facebook”da Qarabağa dair qapalı səhifə yaradılıb və səhifə vasitəsilə xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə əlaqələr yaradılıb. Bundan əlavə, Xocalı soyqırımının növbəti ildönümünə kimi orijinal süjet xətti əsasında bir neçə sənədli filmin çəkilməsinə dair razılıqlar əldə olunub.
Görüş zamanı “Sosial şəbəkələr və media ilə iş” qrupunun üzvləri bir neçə virtual aksiyanın təşkili barədə planları olduğunu bildiriblər. Sosial şəbəkələrdə ermənilərin də qatılacağı müzakirələrin açılması, forumların təşkil edilməsi də nəzərdə tutulub. Həmçinin, bu istiqamətdə müxtəlif maraq doğuracaq layihələrin hazırlanması barədə ilkin razılıq əldə olunub.
“Sosial şəbəkələr və media ilə iş” qrupunun üzvləri “Şuşaya Azadlıq” beynəlxalq kompaniyası çərçivəsində fəaliyyət göstərən digər işçi qruplarla da əməkdaşlığa başladıqlarını bildiriblər. İşçi qrupunun üzvləri Elşad Eyvazlı, Ceyhun Musaoğlu, Şahin Qocayev, Aqil Camal və digərləri gələcəkdə planlaşdırılan məsələlərlə bağlı müxtəlif təkliflər səsləndiriblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info