Gənclər və idman naziri Sumqayıtda vətəndaşları qəbul edib
Tarix: 25.09.2014 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq gənclər və idman naziri Azad Rəhimov sentyabrın 25-də Sumqayıtda vətəndaşları qəbul edib.
Şəhərdəki Tarix Muzeyində gün ərzində aparılan qəbulda Sumqayıt sakinləri ilə yanaşı, Abşeron, Qobustan, Xızı və Şamaxı rayonlarının da sakinləri iştirak ediblər.
Nazir qəbula gələn bütün vətəndaşların arzu və istəklərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb, problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Ümumilikdə 30-dək vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin böyük əksəriyyəti idman sahəsi ilə bağlı olub. İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqla təchiz edilməsi, gənclərin asudə vaxtlarının təşkili, yay istirahət düşərgələrinin yaradılması, ipoteka kreditlərinin verilməsi, işlə təminat və şəxsi məsələlərlə bağlı müraciətlər də səsləndirilib.
Vətəndaşların bir sıra müraciətləri yerindəcə həllini tapıb, araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info