Əmək müqaviləsi bildirişlərinin sayı bir milyonu ötüb
Tarix: 25.09.2014 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sisteminə (EİS) əmək müqaviləsi bildirişlərinin daxil edilərək qeydiyyatdan keçirilməsi prosesi günbəgün sürətlənir. Belə ki, bu gün EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq bir milyonu (1 miyon 1976 bildiriş) ötüb. Bu islahat tədbirinin uğurla həyata keçirilməsi Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, cari ilin 1 iyulundan tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə EİS-nin işçi və işəgötürənlərin maraq və mənafelərini aydın şəkildə əks etdirdiyini, onun texniki infrastrukturunun mükəmməl şəkildə hazırlandığını təsdiq edir. Yalnız onu qeyd etmək kifayətdir ki, prosesə başlandığı ilk günlərdən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında qərar tutub.
Əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsinə xidmət edən bu proses ƏƏSMN tərəfindən əhali, xüsusən işəgötürənlər arasında çoxşaxəli təbliğat-məlumatlandırma işlərinin aparılması ilə müşaiyyət olunub. Ölkənin bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı günü-vətəndaş forumu” çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilib və onlara əməli köməklik göstərilməsi üçün hər bir regionda “Yardımçı masaları” yaradılıb. Həmçinin müvafiq metodiki göstərişlər və yardımçı materiallar ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib, nazirliyin "142-Çağrı mərkəzi"nin müvafiq mövzu ilə bağlı olaraq məlumatlandırma funksiyaları genişləndirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info