Saray internat evinin sakini Avropa Xüsusi Yay Olimpiya Oyunlarında çempion olub
Tarix: 25.09.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray 7 saylı internat evinin sakini Tağıyev Həbib Vəli oğlu Belçikanın Antverpen şəhərində keçirilən növbəti “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” yarışlarında qızıl və gümüş medallara sahib olub. Əqli cəhətdən qüsurlu idmançılar arasında keçirilən, dünyanın 58 ölkəsindən 2000 nəfər idmançının iştirak etdiyi bu beynəlxalq səviyyəli mötəbər idman tədbirində Həbib Tağıyev bacarıqlı idmançı kimi diqqəti cəlb edib. O, stolüstü tennis üzrə şəxsi yarışları gümüş, qarışıq yarışları isə qızıl medalla başa vurub. H.Tağıyev uzun müddətdir ki, idman sahəsində özünü sınayır və indiyədək bir çox yarışlarda mükafatlar əldə edib. Qeyd edək ki, “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” bu oyunlarda iştirak edən, 27 idmançıdan ibarət Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, Azərbaycan idmançıları bu yarışlarda atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük növlərində uğurlu nəticələr nümayiş etdirərək, 8 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıblar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info