Cəlilabadda qadın sahibkarlığı ilə bağlı təlim keçirilib
Tarix: 25.09.2014 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Rayonda qadınlara kiçik biznesin qurulması üçün zəruri bilik və bacarıqlar öyrədilib

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu Cəlilabad rayonunda qadınlar üçün “Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı?” mövzusunda təlim keçirib. “Konstitusiya” Araşdırmalar Fodnunun prezidenti Əliməmməd Nuriyev və Cəlilabad rayon icra hakimiyyətinin başçısının müavini Dürdanə Əliyeva iştirakçıları salamlayıblar.
Təlimin birinci günü “ Sahibkarlığın hüquqi əsasları” mövzusuna həsr olunub. Təlimdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, müqavilələr, sahibkarlıq fəaıiyyətini tənzimləyən qanunvercilik barədə məlumatlar verilib.
Təlimin ikinci gününü “Sahibkarlıq – kiçik və orta biznesin idarə olunmasında əsas prinsiplər” mövzusuna həsr edilib. İşirakçılara biznes, marketinq planın hazırlanması, biznes kredirlər barədə bilik və bacarıqlar öyrədilib. Biznes planın hazırlanması üçün qrup oyunları keçirilib. Qrup iştirakçıları biznes plan hazırlanması ilə bağlı tapşırıqları yerinə yetiriblər.
Təlimin yekunları ilə bağlı D.Əliyeva bildirib ki, sahibkarlığa meyil göstərən və artıq biznesi olan xanımalr üçün bu təlim çox faydalı bir töhfə oldu. İştirakçılar sahibkarlıq və biznes faəliyyətilə bağlı öz bilik bə bacarıqlarını artırmağa nail oldular: “Müzakirələr, suallar da göstərdi ki, xanımlar üçün biznes çox maraqlıdır. Onlarda istək, potensial açıq hiss olunur. Əminəm ki, bu təlim onların potensiallarını reallaşdırmağa çox böyük kömək olacaq”.
Təlimin sonunda iştirakçıların xanımlar fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dətəyi ilə Kounterpart İnterneşnl təşkilatının icra etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsi çərçivəsində baş tutub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək
17.09.2019
Basqalda 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib
17.09.2019
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17.09.2019
Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yayıb
16.09.2019
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info