Univesitetlərarası futbol yarışına start verilib
Tarix: 25.09.2014 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Bu gün “Paradise hotel”də "UniCup I Univesitetlərarası futbol kuboku" layihəsinin seçim və təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri Türkiyənin Balıkəsir Universitetinin tələbəsi Taleh İbadovdur. Layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gəncliyin Elmi-Mədəni İnkişafı İB-nın təşkilatçılığı ilə keçirilir.
Futbolsevərlərin, eləcə də QHT və KİV nümayəndələrinin iştirak etdiyi mərasimdə GEMİ-nin sədri Sərdar Yusifoğlu çıxış edərək layihənin məqsədi haqda danışıb: “Gənclərin fiziki inkişafının təmin edilməsi vacib amildir. Bizm də məqsədimiz gənclərin futbola olan marağını artırmaq, asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək göstərməkdir”.
Layihənin rəhbəri Taleh İbadovsa çıxış edərək hələ məktəbli ikən futbola marağının olduğunu deyib: “İndi isə tələbəyəm. İstəyirəm ki, tələblər arasında futbola maraq daha da artsın”.
Qeyd edək ki, çempionatda bu ali məktəblərin tələbə komandaları iştirak edəcək: Azərbaycan Memarlıq və İnşaat Universiteti 2.Azərbaycan Texniki Universiteti 3.Azərbaycan Dövlət Pedaqoji Universiteti 4.Azərbaycan Dövlət Neft Akademiyası 5.Bakı Dövlət Universiteti 6.Bakı İslam Universiteti 7.Xəzər Universiteti 8.Odlar Yurdu Universiteti.
3 gün davam edəcək çempionatın qaliblərinə kubok, medal və sertifikatlar təqdim olunacaq.
Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info