“Əbdürrəhman Cami və müasirlik”
Tarix: 25.09.2014 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Mövlanə Əbdürrəhman Caminin 600 illik yubileyinə həsr olunmuş “Əbdürrəhman Cami və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt Zalında keçirilən tədbirdə Azərbaycan elmi ictimaiyyəti ilə yanaşı, Tacikistanın və bir sıra xarici ölkələrin diplomatik korpuslarının və elmi qurumlarının nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə foyedə böyük Şərq mütəfəkkiri Əbdürrəhman Caminin Azərbaycan, tacik, ingilis, rus dillərində çap olunmuş kitablarının sərgisi ilə tanış olublar. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və Tacikistan EA-nın prezidenti, müxbir üzv Fərhad Rəhimovun təbrik məktubları oxunub. Təbriklərdə hər iki ölkənin elmi-mədəni əlaqələrinin yüksək xətlə inkişaf etdirildiyi vurğulanıb, beynəlxalq tədbirin işinə uğurlar arzulanıb.
Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb, Azərbaycan və Tacikistan respublikaları arasında qarşılıqlı dostluq və elmi əməkdaşlıq əlaqələrindən danışıb, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyini bildirib. Bu yaxınlarda iki ölkə akademiyası arasında elm sahəsində əməkdaşlıq üzrə birgə layihələrə start veriləcəyini diqqətə çatdıran akademik bu sahədə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən aparılan fəaliyyətin hədəflərini qeyd edib. Akademik İsa Həbibbəyli təkcə Şərqdə deyil, bütün dünyada tanınan Əbdürrəhman Caminin həyatı və yardıcılığı haqqında ətraflı məlumat verərək dahi mütəfəkkirin əsərlərini geniş şərh edib. Bildirib ki, Əbdürrəhman Caminin irsi tərəqqipərvər bəşəriyyət tərəfindən yüksək qiymətləndirilir, dünyanın hər yerində onun əsərləri bu gün də tərcümə edilir, nəşr olunur və oxunur. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə verilmiş sərəncamı əsasında bir sıra dünya klassikləri sırasında Caminin də əsərlərinin latın qrafikalı əlifba ilə çap edilib ölkə kitabxanalarına hədiyyə olunmasının iki ölkə arasında mövcud olan mədəni əlaqələrin bariz nümunəsi olduğunu bildirən akademik İsa Həbibbəyli Azərbaycanda dahi söz sahibinin əsərlərinin daima çap olunduğunu, bu sahədə elmi tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb. Akademik tacik xalqının böyük oğlu, tacik-fars ədəbiyyatının görkəmli klassiki Əbdürrəhman Caminin fəlsəfi və bədii əsərlərinin təhlilini verərək, şeirlərindən nümunələr gətirib, dahi klassikin üç divanını ətraflı şərh etmiş, bu iri həcmli silsilə divanların nəsihətamiz ideyasını, ədalətə, əmin-əmanlığa çagırış missiyasını yüksək dəyərləndirib. Akademik Şərqin böyük söz ustadları Nizami Gəncəvi, Firdovsi, Sədi, Hafiz Şirazi, Yunis İmrə, Əmir Xosrov Dəhləvi, Nəsimi, Füzuli və başqaları ilə bir sırada Əbdürrəhman Caminin də əsərlərinin dərin fəlsəfəsi, bəşəriyyətə humanizm, birlik, sülh, ədalətlilik çağırışları ilə tarixdə iz qoyduğunu bildirib. Qeyd edib ki, “Baharistan”, “Yusif və Züleyxa” və digər əsərləri ilə ustad sənətkar tamamilə fərqli düşüncə üzrə fəlsəfi fikir dünyasında işıqlı ideyalar ortaya qoyub, məhəbbət dastanını cəmiyyət dastanına çevirməyi bacarıb.
Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoxir Saidov belə bir nüfuzlu beynəlxalq tədbirin keçirilməsinə görə ölkə Prezidentinə, o cümlədən AMEA-nın rəhbərliyinə minnətdarlığını ifadə edərək təşəkkürünü bildirib, Azərbaycan və Tcikistan dövlətləri arasında qarşılıqlı elmi-mədəni əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini diqqətə çatdırıb. Səfir bu gün Tacikistan Respublikasında dünya söz xəzinəsinə əbədi irs qoymuş dahi mütəfəkkir Əbdürrəhman Caminin adının əbədiləşdirildiyini, əsərlərinin müxtəlif dünya dillərinə tərcümə edilərək yayıldığını qeyd etmiş, əsərlərinin bu gün də ölkələrinin elmi ictimaiyyətinin diqqətində olduğunu bildirib.
YUNESCO-nun Azərbaycandakı nümayəndəsi Günay Əfəndiyeva təmsil etdiyi beynəlxalq qurum tərəfindən qeyri-maddi mədəni irs sahəsində görülən işlərdən danışıb, bu sahədə Heydər Əliyev Fondunun yaxından iştirakını xüsusi vurğulayıb, Əbdürrəhman Caminin yaradıcılığının beynəlxalq aləmdə geniş təbliğ olunduğunu diqqətə çatdırıb.
Sonra elektron akt zalında Tacikistan EA-nın prezidenti, müxbir üzv Fərhad Rəhimovla videobağlantı yaradılıb, o, beynəlxalq konfransı uğurlu elmi-mədəni hadisə kimi səciyyələndirib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də videobağlantı vasitəsilə çıxış edib.
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakainin çıxışında, Tacikistan EA-nın müxbir üzvü, professor Mirzo Mulloanmadovun “Əbdürrəhman Cami – misilsiz humanist”, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Nizami Gəncəvi və Cami” mövzularında məruzələrdə, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Səid İbrahim İbrahiminin çıxışında Şərqin böyük dühası, tacik-fars ədəbiyyatının misilsiz nümayəndəsi Əbdürrəhman Caminin yaradıcılıq məziyyətlərindən söhbət açılıb, əsərlərinin elmi tədqiqat nöqteyi-nəzərindən təhlili verilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info