Təmsilçimiz Dünya Çempionatında yarışıb
Tarix: 26.09.2014 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Azərbaycan kanoe-slalom növündə ilk dəfə Dünya Çempionatında təmsil olunub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının bu ildən inkişaf etdirməyə başladığı növ üzrə mötəbər yarış ABŞ-ın Merilend ştatının Dip Krik gölündə baş tutub. Ölkəmiz adından çempionatda Yure Meqliç mübarizə aparıb.
30 yaşlı slalomçu kişilər arasında fərdi kayak növündə çıxış edib. O, seçmə mərhələdə 102,48 saniyə nəticə ilə 74 iştirakçı arasında 27-ci yeri tutub. Qaydalara əsasən, təmsilçimiz 40 ən yaxşı fərdi kayakçı sırasına düşdüyü üçün yarımfinala yüksəlib. Bu mərhələdə isə Meqliç yürüşü cəriməsiz tamamlasa da, müxtəlif maneələri keçərək, finişə 107,43 saniyəyə çatıb və 20-ci yeri tutub. Amma finala ilk "10-luğ"a düşənlər yüksəliblər. Bu səbəbdən, idmançımız mübarizəni dayandırıb və yekun sıralamada 74 iştirakçı arasında 20-ci yerlə kifayətlənib. Qeyd edək ki, kanoe-slalom da olimpiya növü sayılır. Hazırda Yay Olimpiya Oyunlarında kişilər və qadınlar fərdi kayak (K-1), eləcə də fərdi kanoe (C-1) növlərində mübarizə aparırlar. Kanoe-slalomçunun gəlişinədək ölkəmizdə akademik avarçəkmə, kayak və kanoe növləri inkişaf etdirilirdi.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info