Evlər və tikinti obyektləri inşa edənlərin nəzərinə: yeni qayda təsdiq edildi
Tarix: 26.09.2014 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Nazirlər Kabineti "Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı"nı təsdiq edib.
Nazirlər Kabinetindən bildiriblər ki, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektləri, sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektləri qeyd olunan siyahıya aiddir.
Həmçinin, mövcud tikinti obyektləri və (və ya) onların hissələri (həmin obyektlər və hissələrdə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklər edilməsini nəzərdə tutan tikinti layihələri əsasında tikinti-quraşdırma işləri aparıldıqda, ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında, həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə, onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən, dəyişikliklər edilmiş tikinti layihələri əsasında inşa olunan obyektlər, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb olunmayan tikinti obyektləri, 80.2-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısına daxil edilib.
Nazirlər Kabineti, həmçinin "Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları"nı təsdiq edib.
Qərara əsasən bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.
Tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda isə abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirlər həyata keçirilməlidir.
Bundan başqa, Nazirlər Kabineti "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nı da təsdiq edib.
Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir:

1.1. tikintiyə icazə;

1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar;

1.3. tikinti obyektinin ünvanı haqqında arayış;

1.4. liftlərin istismara qəbulu aktı;

1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı;

1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı;

1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış;

1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə);

1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;

1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı;

1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı);

1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri.

2. Digər obyektlərə aşağıda qeyd edilən sənədlər əlavə olunmalıdır:

2.1. körpülər üzrə:

2.1.1. körpünün yük altında sınaq aktı;

2.2. avtomobil yolları üzrə:

2.2.1. yolun istismara hazırlığı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin aktı;

2.3. elektrik stansiyaları üzrə:

2.3.1. stansiyanın tam gücü ilə işləməsinə dair sınaq aktı;

2.3.2. yerləbirləşdirmə və ildırımötürücünün sınaq aktı;

2.3.3. elektrik stansiyalarının ətraf mühitə təsirinin yoxlanılması aktı;

2.3.4. maşın zallarında səs-küyün normaya uyğunluq aktı;

2.4.aeroportlar (hava limanları) üzrə:

2.4.1.uçuş-enmə zolağının yoxlanılması aktı;

2.4.2. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından uçuşlara icazə sənədi;

2.4.3. uçuş-enmə zolağının işıqlandırılmasının normalara uyğunluq aktı;

2.4.4. uçuş-enmə zolağından atmosfer sularının kənarlaşdırılmasının təmin edilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında akt;

2.4.5. dispetçer avadanlıqlarının istismara yararlılıq aktı;

2.5. magistral boru kəmərləri üzrə:

2.5.1. boruların təyinatı üzrə doldurulması və onların sınaq aktı;

2.5.2. boru kəmərlərinin korroziyaya və aşınmaya qarşı mühafizə olunması aktı;

2.6. hidrotexniki qurğular üzrə:

2.6.1.su doldurulduqdan sonra bəndin susızması haqqında müayinə aktı;

2.6.2. su anbarlarındakı şlüzlərin yük altında sınaq aktı;

2.7. metro və tunellər üzrə:

2.7.1.mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.7.2. havalandırma sisteminin effektivliyinin yoxlanılması aktı;

2.7.3. metro və kontakt relslərinin yük altında sınaq aktı;

2.7.4. eskalatorların istismara qəbul aktı;

2.7.5. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.8. dəmir yolları üzrə:

2.8.1.mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.8.2. relslərin yük altında sınaq aktı;

2.8.3. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.9.qapalı idman qurğuları, konsert və sərgi salonları, mərasim zalları, kinoteatr və teatrlar üzrə:

2.9.1. quraşdırılmış səs, işıq, havalandırma, müşahidə və digər sistemlərin sınaq aktları;

2.9.2. aşırım konstruksiyalarının keyfiyyət sertifikatları və sınaq aktları;

2.9.3. asma konstruksiyaların yük altında sınaq aktı;

2.9.4. quraşdırılmış avadanlıqların, havalandırma, kondisionerləşdirmə və toztutma sistemlərinin sınaq aktları;

2.10. mürəkkəb və müasir texnologiyalı, iri sənaye və digər obyektlər üzrə:

2.10.1. obyektin təyinatı, istismarı və yeni tətbiq olunmuş elmi-texniki nailiyyətlərin son texnologiyasına uyğun olaraq quraşdırılmış avadanlıq və texnoloji proseslərin sınaq aktları.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info