ABŞ tələbələri Qarabağ həqiqətləri haqqında məlumatlandırılıblar
Tarix: 26.09.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu York ştatında yerləşən Sirakuz Universitetində Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, tədbir universitetin Maksvel Vətəndaşlıq və İctimai Məsələlər Məktəbində təşkil olunub. Maksvel Məktəbi ictimai siyasət sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindəndir.
Tədbirdə universitetin tələbə və müəllim heyəti iştirak edib.
Universitetin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə geniş mühazirə ilə çıxış edib.
N.Ağayev çıxışında, Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, bu səpkidə Xocalı soyqırımı haqda tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıb. Baş konsul bildirib ki, Ermənistan tərəfi nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev bu səpkidə Ermənistanın hazırkı Prezidenti S.Sarkisyanın hələ 2000-ci ildə verdiyi müsahibədə Xocalı qətliamının işğalçı qüvvələr tərəfindən törədilməsinə dair etdiyi etirafı diqqətə çatdırıb. N.Ağayev bu qədər faktlardan və etiraflardan sonra erməni tərəfinin Xocalı soyqırımını inkar etməsinin olduqca məntiqsiz və gülünc olduğunu qeyd edib.
Bundan başqa, N.Ağayev çıxışında Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa və qonşu dövlətlər ilə münasibətləri barədə də iştirakçılara ətraflı məlumat verib. O, həmçinin Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələri barədə danışaraq, Azərbaycan hökumətinin ölkədə bu ənənələrin daim yaşaması və daha da güclənməsinə yüksək diqqət yetirdiyini söyləyib.
Çıxışdan sonra baş konsul amerikalı professor və tələbələrin suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info