Tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün tədris proqramı
Tarix: 26.09.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin ekspertləri ilə birgə seminar keçirilib. Seminarda məqsəd tibbi-sosial reabilitasiya sahəsində çalışan mütəxəssislər üçün uzunmüddətli tədris proqramınin hazırlanması ilə bağlı məsələlərin müzakirəsi olub. Mərkəzin direktoru Vüqar Həsənov ƏƏSMN tərəfindən tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə görülən işlər sırasında müvafiq mütəxəssis potensialının gücləndirilməsinin və bu sahədə peşəkarlıq səviyyəsinin yüksəldilməsinin mühüm yer tutduğunu vurğulayıb. Bildirilib ki, bu işlərdə, eləcə də tibbi-sosial reabilitasiya üzrə uzunmüddətli tədris proqramınin hazırlanmasında qeyd olunan Tvinninq layihəsi çərçivəsində qabaqcıl Avropa təcrübəsindən və avropalı mütəxəssislərin ekspert dəstəyindən istifadə olunur.
İşgüzar müzakirələr şəraitində keçən seminarda adıgedən uzunmüddətli tədris proqramına daxil ediləcək mövzular müəyyən olunub. Həmçinin tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün təşkil ediləcək ixtisasartırma kurslarını aparacaq təlimçilərin hazırlanması, bu məqsədlə tədris mərkəzinin əməkdaşları üçün treninqlərin təşkili məsələləri nəzərdən keçirilib. Seminar iştirakçıları tibbi-sosial reabilitasiya sahəsində qiymətləndirmə formasını da müzakirə ediblər. Tədbirdə Tvinninq layihəsinin ekspertləri tərəfindən tibbi-sosial reabilitasiya sahəsinə dair beynəlxalq təcrübə barədə məlumatlar verilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
İlin əvvəlindən dövlət məşğulluq orqanları tərəfindən 50,2 min nəfər işlə təmin edilib
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info