Qaçaqmalçılığıa qarşı mübarizə davam etdirilir
Tarix: 26.09.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Bu günlərdə gömrükçülər tərəfindən daha bir neçə qaçaqmalçılıq faktının qarşısı alınıb.
Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Rusiyadan Azərbaycana gələn Rusiya vətəndaşı Alıyev Rafig Maharram oğlunun idarə etdiyi “Mercedes Benz Vito” markalı Y 478 CY 161 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda arxa oturacaq və söykənəcək hissədə xüsusi düzəldilmiş gizli saxlanc yerlərindən 2000 qutu üzərində aksiz markası olmayan “Marlboro” siqaretləri aşkar olunaraq götürülüb.
Spirtli içkilərin və tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı daha bir fakt isə Gəncə və Sumqayıt Gömrük idarələrinin birgə keçirdiyi əməliyyata nəticəsində aşkar edilib. Əməliyyat zamanı Gəncə şəhər sakini 30 yaşlı Əskərov Toğrul Ramiz oğlunun idarə etdiyi VAZ 21074 markalı avtomobilə baxış keçirilib və avtomobilin salonundan üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan xaricdə istehsal olunmuş 176 ədəd araq, 2 ədəd viski, 8 ədəd şərab, 13 enerji içkisi, eyni zamanda müxtəlif markalı 564 qutu siqaretlər aşkar edilərək götürülüb.
Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda isə Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Sabuncu Tanerin idarə etdiyi “Mercedes Benz” markalı 08K6425/08K6495 nömrə nişanli yük avtomobilinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı avtomobildən invoysda göstərilməyən və gömrük orqanına düzgün bəyan olunmayan 14 adda 94 min 271 ədəd elektrik, santexnika avadanlıqları və tikinti malları aşkar olunub. Bütün faktlar üzrə təhqiqat aparılır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10148

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info