A.Əlizadə: “Elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalıdır”
Tarix: 26.09.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


AMEA-nın əsas binasında Direktorlar Şurasının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, Direktorlar Şurasının sədri, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, qrant layihələrinin düzgün idarə olunması, elmi-tədqiqatların büdcədən maliyyələşdirilməsi və s. məsələləri nəzərə çatdırıb.
Sonra AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Hüquqi təminat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev hazırkı dövrdə akademiyanın inzibati məsələlərinin hüquq normaları çərçivəsində tənzimlənməsi, kargüzarlıq işlərinin lazımi səviyyədə qurulması istiqamətlərində aparılan işlərdən danışıb. AMEA elmi müəssisələrində kargüzarlıq işlərinin tələblərə cavab vermədiyini söyləyən R.Ağasiyev bu istiqamətdə sənədlərin forma və tərtibatlarına diqqət yetirməyi tövsiyə edib.
Tədbirdə iştirak edən Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qrant layihələrinin idarə olunması, maliyyələşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
İclasda AMEA prezidenti elmi kadr hazırlığı məsələsinə də toxunub. Qeyd edib ki, elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalı, gənc tədqiqatçılar Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilməli, onların tədqiqat işlərinin nəticələri Elmi şuraların iclaslarında müzakirə olunmalıdır.
Gündəlikdəki məsələlərlə bağlı AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və başqaları çıxış edərək, Elmin İnkişafı Fondu və ARDNŞ-ın Elm Fondunun müsabiqələrinin nəticələrindən danışıblar.
İclasda həmçinin Azərbaycan alimlərinin qurultayı, elm festivalına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info