Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir
Tarix: 26.09.2014 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


"Bu il bizim üçün çox işgüzar il oldu. Azərbaycan ilk dəfə olaraq Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin üzvlüyünə daxil olaraq Azərbaycanda Avropa Komissiyasının iclasının keçirilməsinə nail oldu". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi. Nazir qeyd etdi ki, Azərbaycanda turizm şirkətlərinin, otellərin sayı artmaqdadır: "Artıq bu gün 35 min yataq yeri olan potensialımız mövcuddur. Son illərdə cənab Prezidentin tapşırığına əsasən, Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir. Bu da turizm sənayesinin inkişafına və sərbəst fəaliyyətinə imkan verir".
Nazir bildirdi ki, dünya turizm bazarında Azərbaycan öz yerini tutmaqdadır: "Cənab Prezidentin turizmə göstərdiyi gündəlik qayğı nəticəsində, bilirsiniz ki, Azərbaycanda indi klasterlərin formalaşdırılması bizim üçün artıq olduqca vacibdir. Klasterlər artıq Qəbələdə, Şahdağda, Qubada var. Quba-Qusar klaster olaraq hazırlanır. Biz indi Şəmkir-Göygöl tərəflərdə də klasterin formalaşdırılmasına böyük maraq göstəririk. Düşünürəm ki, ondan sonra cənub bölgəsində də klaster formalaşdırlacaq. Bu, düzgün istiqamətdir. İnsanların rəyi ondan xəbər verir ki, real olaraq bu, maraq oyadır. Bu ilin böyük nəticəsi həm də ondan ibarətdir ki, bu yay mövsümündə müstəqillik dövründə ilk dəfə cənab Prezidentin şəxsi təşəbbüsü nəticəsində Azərbaycanda "Ölkəmizi tanıyaq" adlı layihə gerçəkləşdi. 3000-ə yaxın gənc bu layihə çərçivəsində müxtəlif rayonları gəzərək maraqlı yerləri ziyarət edib və sözsüz ki, bu da gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynayacaq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info