“Bu il otellərdə qiymətlərin artımı olmayıb”
Tarix: 26.09.2014 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


"Bu il turizm mövsümünün yekunları bizi qane etdi. Öncədən atdığımız addımların nəticəsində bu il yay mövsümündə heç bir müəssisədə hər hansı fövqəladə və ya narahatlıq törədən hadisə baş vermədi. Monitorinqlər keçirərək keyfiyyətin artırılmasına nail olmuşuq". Bunu mədəniyyət və turizm naziri Әbülfəs Qarayev Dünya Turizm Günü ilə bağlı tədbirdə bildirdi: “ Qətiyyətli addımlar ataraq lisenziyaların dayandırılması haqqında hüquq-mühafizə orqanlarına da öz müraciətlərimizi etmişik. Çünki bəzi yerlərdə bizim tövsiyələrimiz yerinə yetirilmir. Biz sözsüz ki, turistlərin, orada asudə vaxtını keçirən insanların hüquqlarını müdafiə etməliyik".
Ə.Qarayev həmçinin qeyd etdi ki, bu il qiymətlərin artımı olmayıb: "Bu da bizi sevindirir. Hətta bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində artıq iki və üç ulduzlu otellərin fəaliyyətinə uyğun olaraq qiymət və xidmət tarazlığı müşahidə olundu. Әminik ki, bu proses davam edəcək. Biz bununla məhdudlaşmaq istəmirik. İndi oktyabrın 1-də Səmərqənddə keçiriləcək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin iclasında Azərbaycanın mövqeyinin gücləndirilməsi məqsədilə müvafiq qərarların qəbul edilməsi üçün işlər aparılır. Azərbaycanın daha geniş şəkildə bu layihələrdə iştirakını təmin etməliyik".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info