İqtisadiyyat və sənaye naziri Qəbələdə vətəndaşları qəbul edib
Tarix: 26.09.2014 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilir, onlar tərəfindən qaldırılan məsələlərin və irəli sürülən təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə vətəndaşların növbəti qəbulu sentyabrın 26-da Qəbələdə keçirilib.
Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilmiş qəbulda Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayonlarından olan yerli sakinlərin və bu rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb. Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, artezian quyusunun qazılması, yaşayış məntəqəsinin qazlaşdırılması, sosial və s. məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləmiş, bir sıra məsələlər yerindəcə həllini tapmış, araşdırma tələb olunan məsələlərin operativ həlli üçün Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib. İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda olan sahibkarlarla müzakirələr aparılıb, onların iri fermer təsərrüfatının yaradılması, süd emalı sexinin təşkili, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, ayaqqabı istehsalı, taxılçılığın inkişaf etdirilməsi və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin internet və facebook səhifələri vasitəsilə qəbula yazılıblar. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər. Ümumilikdə, bu ilin əvvəlindən iqtisadiyyat və sənaye naziri tərəfindən Salyan, Qobustan, Sumqayıt, Siyəzən, Ağdam, Zaqatala, Qusar və Qəbələdə vətəndaş qəbulları keçirilmiş, 600-ə yaxın vətəndaşın müraciətinə baxılıb. İndiyədək isə iqtisadiyyat və sənaye naziri tərəfindən bölgələrdə 23 vətəndaş qəbulu keçirilib, bu qəbullarda 1350-dək vətəndaş iştirak edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info