“Mənim Təhsilim –Mənim Fəlsəfəm” adlı layihəyə start verildi
Tarix: 26.09.2014 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Ofisi və Samux rayon Heydər Əliyev Mərkəzi Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olmaq məqsədilə Qərb regionunda “Mənim Təhsilim – Mənim Fəlsəfəm “ adlı kampaniyaya start verdi. Kampaniyanın keçirilməsində əsas məqsəd regionlarda müasir bilik və bacarıqlara yiyələnmiş səriştəli gənc kadrlar üçün innovativ təlim metodunun tətbiq edilməsi, təhsil verənlərin peşəkarlığının yüksəldilməsi , təhsilin inkişafı istiqamətində gənc kadrların fərdi təşəbbüslərin dəstəklənməsidir.
Layihə çərçivəsində ilk təlim Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Samux şəhərində təşkil olunub. Təlimdə Samux rayonun bütün kənd və qəsəbələrinin təhsil ocaqlarında çalışan 50 nəfər müəllim heyəti iştirak edib. Tədbirdə iştirak edən Gəncə Dövlət Universiteti Pedaqogika və Təhsilin Əsasları kafedrasının dosenti Ziyafət Bayramovanın sözlərinə görə, təhsilin fəlsəfəsi elə bir elmi istiqamətdir ki, təhsilin məqsədi və dəyərlərini tədqiq edir: “ Onun məzmununu formalaşdırır, sosial və tarixi kontekstə təhsildə gedən müasir proseslərin qanunauyğunluqlarını öyrənir”. Tədbirdə həmçinin elmi şura üzvləri və region QHT –ləri iştirak ediblər.
Nigar





 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info