“Türkiyədə narkotik satıcıları terrorçu kimi qiymətləndiriləcək”
Tarix: 26.09.2014 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Türkiyənin Baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının qurultayında ölkədəki narkotik satıcılarının terrorçu qismində cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib. Bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər yayıb.
Baş nazir deyib: “Türkiyə bundan əvvəl narkotiklərə qarşı mübarizə apardığı kimi, bundan sonra da bu mübarizəni sərtləşdirəcək”.
Türkiyə Narkotiklərin və Narkomaniyanın Monitorinqi Mərkəzinin (TUBİM) açıqladığı rəqəmlərə görə, ölkədə narkotik istifadəçilərinin minimal yaşı 13, maksimal yaşı 65, orta yaşı isə 36-dır.
TUBİM-in məlumatında deyilir ki, 15-24 yaş arası narkotik istifadəçiləri ölkə əhalisinin 2,9 faizini, 25-44 yaş - 2,8 faizini, 45-64 yaş isə 2,3 faizini təşkil edir.
Mərkəzin məlumatına görə, 2013-cü ildə Türkiyədə 5214 nəfər narkotik asılılıqdan müalicə olunub. Ölkədə narkotiklərdən müalicə üzrə 22 mərkəz var.
Məlumata əsasən, Türkiyədə həbs olunanların 18 faizi narkotik maddə alverçisidir ki, onların da sayı 23 738 nəfər təşkil edir.
Qeyd edək ki, son 4 ildə İstanbulda narkotik vasitələrin istifadəsinə və satışına görə 316 466 nəfər saxlanılıb.
Son illər Türkiyə narkomaniyaya qarşı mübarizəni sərtləşdirib. Son olaraq , ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bəyan edib ki, psixotrop preparatların reseptsiz satışı qadağan olunacaq və bu narkomaniyaya qarşı mübarizə çərçivəsində edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info