Koreya səfiri Gəncədə olub
Tarix: 26.09.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Bu gün Koreyanın Azərbaycandakı səfiri Choi Suk-inn Gəncədə rəsmi səfərdə olub və şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə İcra Hakimiyyətinin başçısı qonaqları Gəncədə görməkdən məmnunluq duyduğunu bildirib.
Koreya ilə Azərbaycan arasında uzun illər yaranan işgüzar əlaqələrdən, xoş münasibətlərdən, qarşılıqlı əməkdaşlığın hər iki ölkənin inkişafındakı mühüm əhəmiyyətindən və bu əlaqələrin davamlı olaraq genişləndirilməsindən söhbət açıb.
Səfir Choi Suk-inn gəlişinin əsas məqsədinin Gəncədə məskunlaşmış köçkün ailələr və uşaqlarla görüşmək, onlarla sülh mövzusunda söhbətlər aparmaq, bir arada xoş anlar yaşamaqdan ibarət olduğunu deyib. Qeyd edib ki, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, təhsil sahəsində gündən-günə inkişaf edən dostluq, əməkdaşlıq əlaqələri həm Azərbaycan üçün, həm Koreya üçün çox əhəmiyyətlidir. Yaxşı olardı ki, Gəncə ilə Koreyanın bir şəhəri arasında qardaşlıq münasibətləri yaradılsın.
Sonda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfirə dahi mütəffəkir Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Heydər Əliyev Mərkəzi və Park-Kompleksi ilə bağlı hədiyyələr təqdim edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info