BMT ilə tərəfdaşlıq strategiyasının prioritet sahələrinin Təsdiqetmə Konfransı keçirildi
Tarix: 26.09.2014 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə BMT və Azərbaycan arasında Tərəfdaşlıq Çərçivəsi Sənədi (UNAPF) ilə əlaqədar 2016-2020-ci illər üzrə növbəti tərəfdaşlıq strategiyasının prioritet sahələrinin Təsdiqetmə Konfransı keçirilib. Konfransda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmiş, BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlıq üzrə prioritet sahələr və onların nəticələri müzakirə edilib. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında Azərbaycan iqtisadiyyatının nailiyyətlərini və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Bildirilib ki, son illər Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə xarici və daxili sosial-iqtisadi çağırışlara cavab verə biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması qarşıya qoyulmuş mühüm vəzifələrdəndir.
Qeyd edilib ki, Azərbaycan Hökuməti beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin qurumları ilə əməkdaşlığa xüsusi önəm verir və 2014-cü il 12 iyun tarixində Bakıda keçirilmiş Birgə Strateji Prioritetləşdirmə Konfransından sonra 2016-2020-ci illəri əhatə edən UNAPF sənədinin hazırlanmasına başlanılıb. Sevinc Həsənova Azərbaycanda 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə milli məsləhətləşmələrin nəticəsində müəyyən edilmiş prioritetlərin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olduğunu qeyd etmiş, UNAPF çərçivəsində 2020-ci ilə qədər nəzərdə tutulan əməkdaşlığın İnkişaf Konsepsiyasının prioritetləri nəzərə alınmaqla hazırlandığını bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk keçirilən Konfransın növbəti əməkdaşlıq çərçivə sənədinin əsas prioritetlərinin, eləcə də strateji nəticələrin müəyyənləşdirilməsinə töhfə verəcəyini bildirmiş və növbəti 5 il üçün strateji prioritetlərin dayanıqlı sosial-iqtisadi artım və həyat səviyyəsinin artırılması istiqamətində xüsusi əhəmiyyətini qeyd edib. Tədbirdə UNAPF-in Nəticələr Qruplarının üzvlərinin “İqtisadi inkişaf və layiqli iş yerlərinin artırılması”, “İnstutisional potensialın gücləndirilməsi və səmərəli dövlət xidmətləri”, “Ətraf mühit və antropogen fəlakətlərə qarşı dayanıqlıq” mövzusunda təqdimatları dinlənilib.
Konfransda BMT İnkişaf Proqramının eksperti Roberto Bernardo 2014-cü ilin sonunadək UNAPF sənədinin yekunlaşdırılması məqsədilə Nəticələr Qrupları və İstiqamətləndirici Komitə tərəfindən təkliflərin yaxın müddətdə təqdim olunmasının vacibliyini vurğulayıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info